Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (6-02-2014, 19:03)
Neftlə bağlı yeni texnologiya

 

   Bu texnologiya sayəsində bir çox xəstəliklərə əlac tapılacaq


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda dünyada analoqu olmayan müalicəvi Naftalan neftinin təmizlənməsinə dair yeni texnologiya hazırlanıb.

Bu barədə Bakupost.az-a institutun direktoru Vaqif Abbasov məlumat verib. Onun sözlərinə görə, yeni texnologiyanın tətbiqi ilə Naftalan neftindən ağ Naftalan yağı əldə etmək və ondan bir çox xəstəliklərin müalicəsində dərman preparatı kimi istifadə etmək mümkündür.

Məsələn, burun-boğaz, mədə xəstəliklərində neftin özü heç bir əhəmiyyət kəsb etməsə də, bu yağla həmin xəstəlikləri müalicə etmək olar. Bu da Naftalan neftindən daha səmərəli istifadə etmək deməkdir. Halbuki, neft vannası qəbul etməklə yalnız dəri və oynaq xəstəliklərini aradan qaldırmaq olur.

Bundan başqa, hər dəfə vannaya təxminən 100 litr Naftalan nefti tökmək tələb olunur. Həmin neft isə ən yaxşı halda 2 ay işə yarayır, bundan sonra vannanın neftini yeniləmək lazım gəlir. Halbuki, 100 litr Naftalan neftindən 25 litr Naftalan yağı əldə etmək, ondan uzun müddət və daha səmərəli yararlanmaq mümkündür.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024