Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Karusel (18-04-2014, 22:56)
Ağacların qiymətləndirilməsi necə aparılır?

Ekspertlər bununla bağlı bəzi sənədlərə dəyişikliklər edilməsini zəruri sayırlar


Bir neçə gün öncə Nazirlər Kabinetində keçirilən toplantıda ölkə başçısı Bakının ekoloji vəziyyətindən danışıb. Prezident ağacların kəsilməsi məsələsindən narahatlığını ifadə edərək buna yol verənləri cinayəkar adlandırıb: ”İctimaiyyəti də, məni də narahat edən məsələ ağacların kəsilməsi məsələsidir. Buna yol vermək olmaz. Hesab edirəm ki, biz burada daha da ciddi məsuliyyət tətbiq etməliyik. Ağackəsmə tam şəkildə dayandırılmalıdır. Ancaq nadir hallarda, o da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi ilə haradasa ağac ya köçürülə, ya kəsilə bilər. Ona görə mən dəfələrlə bu məsələlərlə bağlı öz fikrimi bildirmişəm. Deyə bilərəm ki, vəziyyət əvvəlki illərə nisbətən daha da müsbətdir. Ancaq biz istədiyimizə tam şəkildə nail ola bilməmişik. Gecə vaxtı gəlirlər, qanunsuz olaraq ağacları kəsirlər, yerləri düzəldirlər ki, ev tiksinlər. Bu, vicdansızlıqdır, bu, biabırçılıqdır, bu, cinayətdir. Ona görə aidiyyəti qurumlar təklif versinlər, biz ağacları kəsənlərə qarşı daha da ciddi tədbir görməliyik. Onlar məsuliyyətə cəlb edilməlidir. Bir daha demək istəyirəm ki, şəhərdə bir dənə də olsun ağac Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi, rəyi olmadan kəsilə bilməz. Bu, mənim son xəbərdarlığımdır”.
Qeyd edək ki, prezidentin bu xəbərdarlığından dərhal sonra təxminən iki həftəyə yaxın mətbuatın gündəmdə saxladığı, amma müvafiq qurumların israrla təkzib etdiyi Mərkəzi Nəbatat Bağında ağacların kəsilməsi faktı ilə bağlı cinayət işi açıldı.Bununla bağlı yayılan məlumatda isə bildirilir ki, cinayət işi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şikayətinə əsasən cinayət işi açılıb. Şikayətdə deyilir ki, Bağın 3000 kvadrat metr ərazisində köküstü yaş halda 40 ədəd 4-7 illik həmişəyaşıl Eldar şamı və Sərv növündə ağacların qanunsuz kəsilməsi, habelə kökündən çıxarılaraq məhv edilməsi faktı aşkar edilib və nəticədə dövlətə 360 manat ziyan dəyib. Məsələ ilə bağlı isə Səbail Rayon Polis İdarəsində "qanunsuz ağac kəsmə, meşələrdə və ya qoruqlarda ağacların qanunsuz kəsilməsi xeyli miqdarda ziyan vurma" maddəsi ilə cinayət işi açılıb.
Yeri gəlmişkən, paytaxtda ağacların qanuensuz kəsilməsi və köçürülməsi məsələsi ilk dəfə deyil. Belə ki, zaman-zaman müxtəlif ərazilərdə ağaclar kəsilərək bu addımın dövlət ehtiyacları üçün atıldığı bildirilsə də, nədənsə, sonradan bu ünvanların əksəriyyətində hansısa iaşə obyektlərinin tikinməsinin şahidi olmuşuq.
Bu yaxınlarda isə Bakı-Sumqayıt Bakı- Sumqayıtn magistral avtomobil yolunun kəsişməsindəki şam meşəliyində ağaclar kütləvi şəkildə qırılıb. Amma deyilənə görə bu ərazidə ağaclar hansısa iaşə obyektinin tikintisi üçün deyil, yolun genişləndirilməsi məqsədilə kəsilib.
Bəs, görəsən, Azərbaycanda ağacların kəsilməsi və ya köçürülməsi məsələsi necə tənzimlənir? Ölkədə ağaclar hansı kriteriyalara əsasən qiymətləndirilir? Mövcud qiymətləndirməyə görə Azərbaycanda ən ucuz və ən bahalı ağaclar hansılardır?
Məsələyə münasibət açıqlayan Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov əvvəlcə ölkədə yaşıllıqların məhv edilməsindən şikayətlənib. Onun sözlərinə görə, bu işdə sadə vətəndaşlarla yanaşı, aidiyyatı qurumlar da «fəallıq» nümayiş etdirirlər: «Bu gün Azərbaycanda yaşıllıqların qorunmasından danışmaq qeyri-mümkündür. Bizdə quru, yararsız ağacları kəsmək əvəzinə yaşıllıqları məhv edirlər. Çünki yaxşı bilirlər ki, yaşıllıq zonalarını məhv etmək hesabına tikinti üçün xeyli boş ərazilər əldə etmək olar. Halbuki onlar bu addımı atmaqla insanların sağlamlığını təhlükə qarşısında qoyurlar. Yəni, aidiyyəti qurumlar qurumuş ağacları kəsmək, budanmaya ehtiyacı olanları budamaq əvəzinə, yaşıllıqları məhv etməkdə maraqlıdırlar».

Qiymətləndirmə düzgün aparılmır

Ekspert öz açıqlamasında onu da vurğulayıb ki, əslində Azərbaycanda ağacların qiymətləndirilməsi düzgün aparılmır. Onun fikrincə, əgər bir ağacın kəsilməsinə görə böyük məbləğdə cərimə tətbiq olunarsa, o zaman yaşıllıqların məhv edilməsinin qarşısını almaq mümkün olar: «Məsələn, Avropa ölkələrində hansısa ağacın kəsilməsinə çox nadir hallarda rast gəlmək olar. Bu ölkələrdə əsasən, sanitar kəsim aparılır. Yəni, mövsümə uyğun olaraq ildə iki dəfə budanma prosesi həyata keçirilir. Ona görə də Avropa şəhərlərində yaşıllıq zonalarının sayı daha çoxdur. Digər tərəfdən inkişaf etmiş ölkələrdə yaşından, növündən asılı olmayaraq hansısa ağacı kəsən şəxsi böyük miqdarda cərimə gözləyir. Həmin şəxs cəriməni ödəməklə yanaşı, 30-40 ağac tingi də əkməlidir. Bundan sonra isə 5-6 ay icbari qaydada həbs cəzasına məhkum olunur. Bu müddətdə məhkuma təxminən 2 hektara yaxın ərazidə yaşıllığa qulluq etmək tapşırılır. Bizdə isə məsələ tamamilə fərqlidir. Tutaq ki, 100 ağac kəsən şəxsə 500-1000 manat cərimə tətbiq edirlər. Müqayisə üçün bir məsələni xüsusi vurğulayım ki, 100 ağac hesabına təxminən 800 insan oksigenlə zəngin hava qəbul edə bilir. Düşünmürlər ki, kəsilən ağacın müqabilində bu cəriməni məbləği çox cüzidir».

Bəzi normativ sənədlərə yenidən baxılmasına ehtiyac var

Məsələyə münasibət açıqlayan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyev isə deyib ki, Azərbaycanda yaşıllıqların məhv edilməsinə görə nəzərdə tutulan cərimələr İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir. Onun sözlərinə əsasən, İnzibati Xətalar Məcəlləsində həm fiziki, həm də hüquqi şəxslər üçün konkret cərimələr nəzərdə tutulub: «Məsələn, İnzibati Xətalar Məcəlləsinin 92.2 maddəsinə əsasən, fiziki şəxslər 2000 manatdan yuxarı, vəzifəli şəxslər 90-10 min manat, hüquqi şəxslər isə 40-50 min manat cərimə olunurlar. Əgər yaşıllıq sahəsində tikinti aparılırsa, bunun cəza tədbiri İnzibati Xətalar Məcəlləsinin 92.3.1 maddəsi ilə tənzimlənir. Burada artıq hər bir ağac və ya kol bitkisinin kəsilməsinə, zədələnməsinə görə fiziki şəxslər 1200 manatdan 1500 manatadək, vəzifəli şəxslər 3500 manatdan 4000 manatadək, hüquqi şəxslər isə 20000 manatdan 25000 manatadək cərimə edilirlər».
Qurum rəsmisi öz açıqlamasında onu da vurğulayıb ki, Azərbaycanda ağacların kəsilməsi və köçürülməsi Nazirlər Kabinetinin qərarı ilə tənzimlənir: «Bununla bağlı hökumətin 19 sentyabr 2005-ci il tarixli 173 saylı qərarı var. Həmin qərara əsasən xüsusi qaydalar müəyyənləşdirilib. Qaydalarda təsbit olunub ki, ölkə ərazisində ağacların kəsilməsinə, budanmasına və köçürülməsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekologi ekspertiza rəyi əsasında icazə verilir».
Amma sektor müdirinin fikrincə, hazırda yaşıllıqların mühafizəsi ilə bağlı bəzi normativ sənədlərə yenidən baxılmasına ehtiyac var: «Mən açığını deyim ki, müəyyən cərimələrin məbləği çox aşağıdır. Məsələn, müvafiq normativlərə görə, cərimə məbləği təxminən 300 manatı keçdikdən sonra həmin hadisə ilə bağlı tədqiqat aparıla bilər. Əks təqdirdə, həmin hadisədə cinayət tərkibi axtarıla bilməz. Belə olan təqdirdə isə təbiətə ziyan vuran şəxsə ancaq inzibati qaydada cərimə tətbiq olunur».

Tərbit olunan aktdakı tələblər könüllü yerinə yetirilməzsə…

Azərbaycanda ağacların necə qiymətləndirilməsinə gəlincə, qurum rəsmisi deyib ki, qiymətləndirmə ağacların diametrinə, hündürlük dərəcəsinə, cinsinə və oduncağına görə aparılır. Onun sözlərinə görə, hazırda ölkəmizdə ən ucuz ağac aylan, söyüd və iydədir: «Bu məsələ Nazirlər Kabinetinin 27 dekabr 1993-cü il tarixli 636 və 30-u sentyabr 2004-cü il tarixli 145 nömrəli qərarı ilə tənzimlənir. Belə ki, mövcud qaydalara görə, ayrı-ayrı şəxslər aylan, söyüd və iydə ağacını kəsərkən əgər bu ağacların içliyi olarsa, onu kəsən şəxslər 1 kubmetrə görə 19 manat 87 qəpik, oduncağına isə 4 manat 66 qəpik pul ödəməlidirlər. Azərbaycanda ən bahalı ağaclar dəmir ağacı, şabalıd, qoz, saqqız ağacı, şümşad ağacı, püstə, azad ağac və evkaliptdir. Əgər bu ağaclar kəsilərsə onların içliyə görə 1 kubmetri üçün 198 manat 39 qəpik, odunluğuna isə 5 manat 18 qəpik cərimə tətbiq olunur. Tutaq ki, bu hal şəhər üçün spesifik olursa şam, sərv ağaclarının içlik materialının 1 kubmetri üçün 44 manat 72 qəpik, oduncağı üçünsə 4 manat 66 qəpik ödənilməlidir».
Raqub Mirzəyev onu da bildirib ki, sözügedən nazirliyin əməkdaşları tərəfindən yaşıllıqların məhv edilməsinə xüsusi akt tərtib olunur. Bu aktda irəli sürülən tələb könüllü şəkildə yerinə yetirilmədikdə isə müvafiq addımlar atılır: «Əgər aktda irəli sürülən tələb könüllü yerinə yetirilməzsə, o zaman bu akt rayon icra qruplarına yönəldilir. Onlar da qanunamüvafiq qaydada ödənməni təmin edirlər».

 

шаблоны для dle 11.2

Xəbər lenti
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024