Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (18-04-2014, 17:05)
Röyaya görə qardaş qardaşı bıçaqladı

Röyaya görə qardaş qardaşı bıçaqladı

 

Röya Ayxanın bu gün Moskvanın Kreml sarayında yerli vaxtla saat 19:00-da başlanacaq konsertinə saatlar qalmış azərbaycanlı qardaşlar arasında qanlı dava baş verib. 

 

Moskvada yaşayan soydaşımız Təyyar Qasımovun “Axar.az”a verdiyi məlumata görə, Röyanın konserti əslən Hacıqabuldan olan Əhmədov qardaşlarının bir-birini bıçaqlamasına səbəb olub.   

Asim və Razim Əhmədovlar Moskvanın “Bulvar marşala Uşakova” metrostansiyası yaxınlığında xırda ticarətlə məşğul olurlar. Röyanın konsertində iştirak etmək istəyən Asim kiçik qardaşını bilet almağa göndərib. Amma Razim müxtəlif yerlərə baş çəksə də, bilet əldə edə bilməyib.   

Dünən onların arasında biletlə bağlı yenidən mübahisə başlayıb. Asim kiçik qardaşını əvvəl danlayıb, sonra isə söyüb. Bununla kifayətlənməyən Asim içkili vəziyyətdə Razimə iki şillə də vurub. Qardaşının hərəkətindən əsəbiləşən Razim stolun üstündəki bıçıqla ona iki zərbə endirib və evdən qaçıb.   

Məlumata görə, Asim Əhmədovun həyatı təhlükədə deyil və o, hazırda Moskva xəstəxanalarının birində müalicə olunur. Razim Əhmədov isə saxlanılıb.   

Xatırladaq ki, Röyanın bu gün 6 min tamaşaçı tutan Kreml sarayında gerçəkləşəcək “Mənəm” adlı konsert proqramına biletlərin qiymətinin 220-270 dollara olmasına baxmayaraq, yerlərin artıq bir ay əvvəldən satılıb qurtardığı barədə məlumatlar yayılmışdı.

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024