Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (11-05-2014, 23:18)
Şamaxının təbiəti kimi tərəqqisi də heyranlıq doğurur

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında giriş nitqi söyləyən dövlətimizin başçısı təhlil olunan dövr ərzində ölkəmizin dinamik inkişaf etdiyini, iqtisadiyyatın 2,5 faiz artdığını, ümumi daxili məhsulun səviyyəsinin yüksəldiyini, qeyri-neft sektorunun iqtisadiyyatdakı çəkisinin çoxaldığını bildirmişdir. Ölkə iqtisadiyyatının şaxələndirilməsi ilə bağlı tədbirlərin davam etdirildiyini, sosial məsələlərin həllinin diqqət mərkəzində saxlandığını, əhalinin banklardakı əmanətlərinin 20 faizdən çox artdığını, orta aylıq əmək haqqının təxminən 7 faiz yüksəldiyini vurğulamış, valyuta ehtiyatının çoxalaraq hazırda 53 milyard dollar təşkil etdiyini diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, ölkəmizin əsas iqtisadi parametrləri çox müsbətdir və bu mənzərə gələcəyə nikbinliklə baxmağa imkan verir.

Ölkəmizdə gedən inkişaf proseslərindən bütün regionlara olduğu kimi, Şamaxı rayonuna da əhəmiyyətli pay düşmüşdür. Şamaxı rayon İcra Hakimiyyəti Başçısı cənab Asif Ağayevin rəhbərliyi altında rayonun tərəqqipərvər vətəndaşları qüvvə və bacarıqlarını səfərbər edib düzgün istiqamətə yönəldə bilmişlər. Şamaxılılar üçün keçən ilin ən mühüm hadisələri kimi may ayının 16 və 17-də Prezident İlham Əliyevin Şamaxıya səfəri, sakinlərlə görüşü yadda qalan olmuşdur. Həmin səfər çərçivəsində dövlətimizin başçısı bir sıra mühüm obyektlərin açılışında iştirak etmişdir. Əsaslı surətdə təmir edilərək yenidən qurulan Şamaxı Cümə Məscidi, güclü idman bazasına çevrilən Şamaxı Olimpiya Mərkəzi, dünyanın unikal elm mərkəzlərindən olan Şamaxı Astrofizika Rəsədxanası, uşaq incəsənət tədris mərkəzi məhz bu obyektlərdəndir. Ölkə Prezidentinin «Şamaxı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında» 2013-cü il 18 yanvar tarixli Sərəncamının xüsusi əhəmiyyətli qeyd olunmuşdur. Belə ki, Sərəncama əsasən rayona 6 milyon manat vəsait ayrılmış və bu, əhalinin rifah halının daha da yaxşılaşdırılmasına şərait yaratmışdır.

2013-cü ildə rayonda ümumi məhsul buraxılışının həcmi 151,7 milyon manata çatmışdır. Bu müddətdə əsas kapitala yönəldilən investisiyaların həcmi 44,5 milyon manat, tikinti-quraşdırma işlərinin həcmi 41,8 milyon manat, sənaye məhsullarının həcmi 4,3 milyon manat olmuşdur. İqtisadiyyatın aparıcı sahəsi olan aqrar sahədə, o cümlədən, taxılçılıqda, heyvandarlıqda yaxşı nəticələr qazanıldığı bildirilmişdir. Ənənəvi üzümçülük rayonlarından olan Şamaxıda hazırda bu sahənin inkişafı xüsusi diqqət mərkəzindədir.

 

Maliyyə intizamına ciddi riayət olunur

 

Rayonda ayrı-ayrı sahələr üzrə büdcə proqnoz göstəriciləri tam icra olunmuş, büdcəyə daxilolmaların proqnozlarına artıqlaması ilə əməl edilmişdir. Pensiya və müavinətlər vaxtlı-vaxtında ödənilmişdir. Büdcə vəsaitinin təyinatı üzrə və səmərəli xərclənməsinə xüsusi diqqət yetirilmiş, maliyyə intizamı xeyli gücləndirilmişdir.Maliyyə mütəxəssisi Seyran Alıcanovun rəhbərlik etdiyi rayon maliyyə şöbəsinin kollektivi üzərində düşən vəzifələrin öhdəsindən layiqincə gəlməklə, yerli idarə, müəssisə və təşkilatların maliyyə intizamına riayət etmələrinə nəzarəti müvəffəqiyyətlə həyata keçirir. Büdcə qanunvericiliyinin, o cümlədən tenderlərdə «Dövlət satınalmaları haqqında» Qanunun tələblərinə ciddi əməl olunur, təşkilatların rəhbər işçiləri, mühasiblər büdcə uçotu sahəsindəki yeniliklərlə tanış edilir.

 

Əhalinin sosial müdafiəsi gücləndirilir

 

Sosial sığorta və pensiya sahəsinin də təkmilləşdirilməsi, müasirləşdirilməsi, dünya təcrübəsindən istifadə edilərək sivil, işlək, mütərəqqi bir sistemə çevrilməsi vətəndaşların sosial problemlərinin həllinin iqtisadi həyatımızın əsas göstəricilərinə çevrildiyi və sosialyönümlü bazar iqtisadiyyatının qurulduğu hazırki şəraitdə mühüm tələblərdəndir. Son zamanlar «Sosial sığorta haqqında» AR Qanununa edilmiş dəyişikliklər, «Əmək pensiyaları haqqında» qanunun qüvvəyə minməsi, «Dövlət Sosial Müdafiə Fondu büdcəsi haqqında» qanuna edilmiş əlavələr və

digər qəbul edilmiş normativ aktlardan irəli gələn vəzifələr Şamaxı rayonunda da uğurla yerinə yetirilir.

Dövlət Sosial Müdafiə Fondu tərəfindən şöbə üzrə hüquqi və fiziki şəxslərdən toplanacaq məcburi dövlət sosial sığorta ayırmaları üzrə proqnoza dürüst əməl edilir. Hüquqi şəxslərin, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, torpaq mülkiyyətçilərinin uçotu düzgün aparılır. Vətəndaşların ödədiyi məcburi dövlət sosial sığorta ayırmaları ilə onların pensiya təminatı arasında birbaşa əlaqənin yaranması üçün fərdi uçot sistemi təşkil edilmiş, hər bir sığrta ödəyicisi üzrə məlumat bazası yaradılmışdır.Şöbənin kollektivinin məqsədi möhtərəm Prezidentimizin fərman və sərəncamlarına uyğun olaraq sığortaedənləri maksimum məcburi dövlət sosial sığortasına cəlb etmək və bir nəfər pensiyaçıya düşən sığorta olunanların sayını artırmaqdır.

 

Yol infrastrukturu yaxşılaşdırılır

Dövlətimizin başçısının Sərəncamı ilə ayrılmış vəsait hesabına Şamaxı-Avaxıl yolunun 23,5 kilometrində işlər başa çatdırılmış, Şamaxı-Padar qışlaq yolunun 17 kilometrinə asfalt-beton örtük çəkilmişdir. Mövcud yol infrastrukturunun mühafizəsi və daim istismara yararlı vəziyyətdə saxlanılması sahəsində Ədalət müəllimin rəbrərlik etdiyi  Şamaxı rayon 9 salyi Yol İstismar İdarəsinin kollektivinin xidməti böyükdür. Kollektiv öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməklə həm rayon, həm də nazirlik rəhbərlərinin etimadını qazanmışdır.

 

Məktəblərin maddi-texniki bazası möhkəmləndirilir

 

Ötən il Şamaxı rayonunun İkinci Çaylı, Böyük Xınışlı və Muğanlı kəndlərinin hər birində 80 şagird yerlik yeni təhsil ocaqları istifadəyə verilmişdir. Bunca diqqət və qayğıdan ruhlanan rayonun təhsil işçiləri təlim-tərbiyə işinin keyfiyyətinin yüksəlməsi üçün əllərindən gələni əsirgəmir, təhsil müəssisələrinin pedaqoji kollektivləri, şagird kontingenti nəzərəçarpan uğurlara nail olmuşlar.Təcrübəli pedaqoq Eyvaz Eminəliyevin rəhbərlik etdiyi rayon təhsil şöbəsi fəaliyyətini günün tələbləri səviyyəsində qurmuş, təhsilin bütün komponentləri üzrə irəliləyişlərin əldə olunması naminə mövcud potensialdan səmərəli istifadə etmişdir.

 

Əhalinin tibbi müayinədən keçirilməsi tədbirləri uğurla yerinə yetirilir

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə 2014-cü il fevral ayının 17-dən may ayının 1-dək əhalinin tibbi müayinədən keçirilməsi məsələsi Şamaxı rayonunda diqqət mərkəzində saxlanılır. Xalqımızın sağlamlığına, uzunömürlülüyünə dövlət qayğısının təzahürü olan bu tədbirlər şamaxılılar tərəfindən razılıq hissi ilə qarşılanır. Aprelin 3-də bu məsələyə həsr olunmuş RİH başçısı yanında şura iclasında qeyd olunmuşdur ki, indiyədək aksiya çərçivəsində indiyədək 36 min nəfərə yaxın rayon sakini tibbi müayinədən keçirilmiş, onlardan 4 minə yaxını ambulator, 90 nəfəri isə stasionar müalicəyə cəlb olunmuş, 145 nəfər isə Bakı şəhərinə göndərilmişdir. Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Elxan Məmmədov, Şamaxı Müalicə-Diaqnostika Mərkəzinin baş həkimi Vəlixan Qarayev və rayonda səhiyyəyə cavabdeh olan şəxslər tədbirlərin yüksək səviyyədə keçirilməsi üçün əllərindən gələni hər şeyi edirlər.

 

Qədim mədəniyyət beşiyi olan Şamaxıda turizm inkişaf edir

 

Şamaxı rayonu relyefinə və təbiətinə görə Azərbaycanın turizm potensialı yüksək olan bölgələrindəndir. Əsrarəngiz təbiəti, gözəl florası və faunası, yüksək mətbəx mədəniyyətinə malik olan bu diyar qədim tarix və mədəniyyət abidələri sənətkarlıq nümunələri, görkəmli şəxsiyyətləri ilə də məşhurdur. Bu rayonun özünəməxsus təbiəti, mülayim iqlimi, mineral bulaqları ona xüsusi gözəllik bəxş edir. Zəngin flora və faunaya malik bu bölgə yayda, qışda da turizm həvəskarlarını və istirahət edənləri cəlb edir. Pirqulu qış turizmi üçün ideal potensiala malikdir. Turistlər Əngixaran bulağından uzun müddət ayrılmır, heyranlıqlarını gizlətmirlər. Maraqlı yerlərə atla gəzintilər turistlərin ürəyincə olur. Astrofizika Rəsədxanasında teleskopla ulduzlar aləmini seyr etmək hər bir turist üçün çox maraqlıdır. 2013-cü ildə rayona 81000 nəfər, o cümlədən 9700 nəfəri xarici turist səfər etmişdir. Bu gün rayonda 900 yerləşmə yeri olan 25 turist obyekti və 5 turist marşrutu mövcuddur.

Hazırda rayonda Heydər Əliyev Mərkəzi, Heydər Parkı, Tarix-Diyarşünaslıq Muzeyi, Sabirin ev muzeyi, 10 mədəniyyət evi, 28 klub, 52 kitabxana, İncəsənət məktəbi, Dövlət rəsm qalereyası, 2 saylı musiqi məktəbi, Məleykə xanimin rəhbərlik etdiyi  Rayon Mədəniyyət və Turizm Şöbəsi rayon əhalisinə mədəni xidmət göstərilməsi üçün tabeli müəssisələrin fəaliyyətinin günün tələbləri səviyyəsində qurulması naminə bütün mövcud imkanlardan istifadə edir.

 

Bütün bu göstərilənlər belə qənaətə gəlməyə əsas verir ki, Azərbaycanın modern inkişaf etməkdə olan əyalətlərindən biri sayılan Şamaxının əsrarəngiz təbiəti kimi, burada gedən tərəqqi prosesləri də heyranlıq doğurur. Şamaxılılara, rayonun tərəqqipərvər vətəndaşlarına daha böyük müvəffəqiyyətlər arzulayırıq.

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024