Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (6-02-2014, 14:36)
Bakıda III Vergi Forumu keçirilir

 

  Bu gün Bakıda “Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər” mövzusunda iki günlük III Vergi Forumu öz işinə başlayıb. 

 

“Qafqazinfo”nun məlumatına görə, forumun birinci günündə “Vergi inzibatçılığında partnyorluq münasibətləri” və “Müasir vergi inzibatçılığında bilik menecmentinin və texnologiyaların rolu” adlı sessiyalar keçirilib. Sessiyalarda dövlət orqanlarının, Avropa Birliyinin, Dünya Bankının, Beynəlxalq Maliyyə Korporasiyasının, Niderland, Türkiyə, Gürcüstan və Qazaxıstanın vergi qurumlarının, bankların, qeyri-hökumət təşkilatlarının, sahibkarların ictimai birliklərinin və KİV nümayəndələri, iş adamları iştirak ediblər. Forum çərçivəsində “Vergi inzibatçılığında partnyorluq münasibətləri”, “Risklərin idarə edilməsi və partnyorluq”, “Vergi öhdəliklərinin icra modeli”, “Bələdiyyələrin avtomatlaşdırılmış vergi informasiya sisteminin yaradılması”, “Dövlət və bələdiyyələr arasında iqtisadi münasibətlər”, “Vergilərin məcburi yığılmasından könüllü ödənilməsinə keçid: problemlər, perspektivlər” və digər mövzular müzakirə edilib. Sessiyalarda müzakirə olunan məsələlər ətrafında geniş diskussiyalar aparılıb, forum iştirakçıları vergi qanunvericiliyi və vergi inzibatçılığının təkmilləşdirilməsi ilə bağlı müxtəlif təkliflərlə çıxış ediblər. Qeyd edək ki, “Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər” mövzusunda III Vergi Forumu sabah öz işini plenar iclasla davam etdirəcək. 

Nigar Məmmədli

шаблоны для dle 11.2

Xəbər lenti
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024