Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (6-02-2014, 11:04)
“Qanlı Yanvar”ı unutduran fevral!

“Qanlı Yanvar”ı unutduran fevral!

 

  Qanlı Yanvardan bizi 24 il ayırır: bir də faciənin baş verdiyi gün tarixindən indiki hesabla 10-15 gün fərqi. Bəlkə də müstəqilliyimiz olmasaydı, indi yenə də tarixi unutqanlığımızın girdabında uyuyurduq. Belə düşünməyə vadar edən 20 Yanvar faciəsinin törədilməsində iştirakçı olmuş şəxslərin hələ də cəzasız qalmasıdır. Baxmayaraq ki, müstəqillik illərində ardıcıllığı cəmi bir neçə dəfəylə hesablanan bir neçə “atəşin, alovlu” və pafoslu etiraz, üstəgəl bir neçə səmimi etiraf olub, lakin hələ də “Qanlı Yanvar” imperiya və imperiyapərəstlərin, eləcə də statistikadan boylanan cinayətkarların qalib baxışının ifadəsidir.


Mübarizə baxımından milli özgürlüyün şərəf səhifəsi olsa da, görk prizmasından utanc günüdür 20 Yanvar. Yəni həm xalq, həm də dövlət ona divan tutan, azadlıq istəklərini ayaqlar altına atan, qüruruna təcavüz etməkdə yabançılara dəstək verən Əbdülrəhman Vəzirov, Vaqif Hüseynov, Elşad Quliyev kimilərin qiymətini və cəzasını hələ də verə bilməyib. Dünya tarixinə bütövlükdə nəzər salanda, müstəqillik və azadlıq mübarizəsi apararkən üzləşdikləri “20 yanvarlar”ın qaçılmaz olduğuna, əlbəttə ki, şahidik. Lakin bizlərdən fərqli olaraq, ayrı xalqların “20 yanvar səbəbkarları” mütləq və mütləq cəzalarını alıbdır. 

Sarsıdıcı məqam odur ki, bu adamlar hələ də elementar qınaqdan qorunur. Bu sətirlər də məhz bu anlama görə yazılır: günahkar və səbəbkarlar nəinki cəzadan, hətta qınaqdan kənar saxlanılır, hələ bir üstəlik toxum-tayfaları üçün qəsdinə durduqları xalqın və dövlətin hakimiyyət ierarxiyasında kreslo limiti vakant durur. Elələri də var ki, hətta mükafatlandırılır. Adam düşünməyə də qorxur ki, yəqin imperiya qapazında olanların “ağaları” hələ də ölkəmizdə güc və söz sahibidir ki, əlaltılarına gün ağlayırlar.

Son günlərin mətbuatını izlədikdə Az.TV-nin enerji blokunun partladılması ilə bağlı verilişin stenoqramı ilə tanış oldum. Mənə çöçün gələn bir məqam oldu. Hazırda hüquq-mühafizə orqanlarında ən yüksək postlardan birində olan səlahiyyət sahiblərindən tutmuş ta Az.TV kollektivinin nüfuzlu və ağsaqqal, üstəlik və həm də peşəkar simalarından sayılanlar hadisəyə birmənalı və açıq münasibətlərini ifadə ediblər və bu fonda belə... canilərin cəzasızlığının ömrü hələ də uzanır.

Təsəvvür edin ki, hüquq-mühafizə orqanlarında da, teleradio şirkətində də, xalqın içində də Az.TV-nin enerji blokunun partladılmasında nəinki dolayısı ilə əli olanların, hətta birbaşa iştirak etmiş adamların adı qırmızı xətlə çox aydın görünür.

Vəzirov ələ gəlmədi – anlaşıldı. Polyaniçkonu Rusiya gizlətdi və yaxud da qorudu. Bu da anlaşıldı.

Amma və lakin Elşad Quliyevin əməli, Konstitusiyaya zidd vətəndaş mövqeyi, vəzifə səhlənkarlığı, bir sözlə, hər şey özüylə birgə göz önündə ola-ola, bu adam bircə dəfə efirə çıxıb üzr də istəmədi. Əksinə, ekran-efir davası döyə-döyə, mətbuatda intriqa meydanı açdı, şantajla, hədəylə danışdı. Ki... “elə etməsinlər, danışım”. Bəyanatları ilə xəyanətlərini ört-basdır etməyi bacarmaqda “peşəkarlığı, professionallığı” göz çıxardı.

Xalq isə istintaqın nəticəsini gözləyirdi!
Xalq hələ də istintaqın nəticəsni gözləyir!!!

Amma və lakin... nəticə əvəzinə görünən odur ki, Elşad Quliyev özü olmasa da, niyyətləri, münasibətləri ilə yenə kabus kimi efirdə peyda olub. Bu dəfə oğlunun simasında.

Əgər 90-cı ildə Az.TV-nin enerji bloku partladıldısa, arxiv darmadağın edildisə, halbuki 50 ilə formalaşdırılmışdı, damla-damla toplanmışdı, indi də oğlu “telekadrlar bloku”nu “partlatmaqla” məşğuldu... İTV-də, halbuki yaranan gündən xüsusi səy və zəhmətlə özgür, fərqli bir teleməkan formalaşdırılmışdı.
Sadəcə... “Alfa” qrupunu indi Arif Alışanov əvəz edir – sanki Qorbaçov da, Vəzirov da, Hüseynov da, Starçenkov da şəxsən onun özüdür. İcraçının familiyası əvvəlki tək, lap 1990-cı ildə olduğu kimi, sabit və dəyişilməz qalır – QULİYEV!!! Dolayısı ilə olsa da, Elşad prosesdə iştirak edir...

Bunlara qanun qiymət verməlidir. Bu, olduqca vacibdir. Azərbaycan Dövlətinin imici ləkəsiz və təmiz olsun ki, hər bir vətəndaşı anlasın: heç zaman bir kimsəyə arxayın olub bu dövlətə arxa çevirmək olmaz, çevirərsə, cəzası sərt olacaq!

Bundan yumşaq demək olmur. Bundan sərt yazmağa qanun icazə vermir!

P.S. Çox güman ki, yaxın gələcəkdə dövlət səviyyəsində bu cinayətdə iştirakçı olmuş dəstənin ifşası həyata keçiriləcək, onların layiqli cəzaları veriləcək. İndiyə qədər gümanımda və proqnozlarımda yanılmadığımı zaman dəfələlərlə təsdiqləyib. Hər halda, bu dəfə... gözləməyi bacararıq – çünki bizim yazmaq səlahiyyətimiz var, cəzalandırmaq səlahiyyəti ayrılarındadır.
İnanırıq və gözləyirik!

шаблоны для dle 11.2

Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024