Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (17-03-2014, 20:21)
BSU-nun yeni rektoru kimdir?

BSU-nun yeni rektoru kimdir?

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev Bakı Slavyan Universitetinə yeni rektorun təyin edilməsi ilə bağlı sərəncam imzalayıb. 

 

Sərəncama əsasən, Asif Abbas oğlu Hacıyev Bakı Slavyan Universitetinin rektoru təyin edilib. 

“Mediatv.az” xəbər verir ki, yeni rektor Asif Hacılı 3 aprel 1960-cı ildə Gürcüstan SSR-nin Borçalı mahalının Sarvan şəhərində anadan olub. 1977-ci ildə Bakı şəhər 246 saylı orta məktəbi, 1982-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib.

AMEA Folklor İnstitutu elmi-nəzəri seminarın sədri, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu nəzdində və BSU nəzdində dissertasiya şuralarının üzvü, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Filologiya üzrə Ekspert Şurasının üzvü (2007-2011) olub. AMEA Folklor İnstitutu nəzdində Folklorşünaslıq üzrə problem şuranın üzvüdür. 2011-ci ilin noyabrından Bakı Slavyan Universiteti nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyalarının müdafiəsini keçirən D.02.071 Dissertasiya Şurasının sədridir. "Heydər Əliyev irsi" Beynəlxalq Elektron Kitabxanasının Redaksiya Şurasının üzvüdür.

Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Qeyd edək ki, Asif Hacıyev Bakı Slavyan Universitetinin tədris işləri üzrə prorektoru idi.

 

 

шаблоны для dle 11.2

Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024