Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Karusel (17-03-2014, 17:39)
İcra başçısı Qarabağ əlilini niyə döyüb?

İcra başçısı Qarabağ əlilini niyə döyüb?

Altıağacda Qarabağ əlilinin icra başçısı Xəzər Aslanov şəxsən döyüb

Azərbaycanda icra başçılarının özlərini işlədikləri rayonların xanları kimi aparması haqqında dəfələrlə yazmışıq. Bəzən  kresloda oturan icra başçıları işlədikləri rayonu şəxsi təsərrüfatları kimi idarə edirlər. Rayon icra başçılarının kimliyi, onların bu posta neçə gəlib çıxması zaman-zaman düşündürücü suallardandır. Birinin əvvəli biznesmen, digərinin yaxın qohumu məmur, o birisinin isə…
Adı biznesmen  icra başçıları siyahısında birinci gedən Xızı rayonunun icra başçısı Xəzər Aslanov öz keçmişini unutmayanlar arasındadır. Uzun müddət bizneslə məşğul olan Xəzər Aslanov  icra başçısı təyin olunduqdan sonra öz mərəzindən əl çəkməyib. Bakıdakı əmlakının sayını artıran Xəzər Aslanovu artıq oliqarx icra başçısı da adlandırmaq olar.  Bütün bunlar öz yerində bir neçə gün öncə Altıağacda öz şəxsi torpağını satmaq istəməyən əlilin etiraz səsini sizlərə təqdim etmişdik. Bu gün elektron poçtumuza məktubla müraciət edən Xızı sakini şok fakt açıqlayıb.
Məlumata görə Altıağacda Qarabağ əlilinin məhz icra başçısı Xəzər Aslanov şəxsən döyüb. Xatırladaq ki,Altıağacda torpaq sahibləri öz torpağını satsa da alınan torpaqların ortasında qalan 1 hektar torpağın sahibi olan Qarabağ əlili bu torpağı satmaqdan imtina etmişdi. Mənbəmizin iddiasına görə bundan qəzəblənən icra başçısı əlili hər kəsin gözləri qarşısında döyüb. Hadisə şahidlərinə tapşırılıb ki,məsələ gizli saxlanılsın. Öz etirazını bildirən Qarabağ əlilinə isə 15 sutka həbs verilərək təcridxanaya salındığı iddia edən mənbəmiz əlilin hələ də təcridxanada olduğunu bildirir.
Xəzər Aslanovun kimliyi onun vəzifəyə necə gəldiyinin maraqlı olacağını nəzərə alıb sizlərə təqdim edirik.
Belə ki, Rayon İcra hakimiyyətlərinə aid olan saytlarda icra başçılarıın kimliyi, onların hansı ali təhsil ocağını bitirməsi, harada işləməsi barədə geniş məlumatlar verilir. Amma Xızı İcra Hakimiyyətinə məxsus olan www. khizi-ih.gov.az saytında Xəzər Aslanovla bağlı bir sıra məlumatlar olsa da, onun harada təhsil alması barədə heç bir bilğı yoxdur. Əvvəl fəhlə, sonra məhkəmə katibi, ”“İRS” kooperativində Beynəlxalq Əlaqələr şöbəsinin inspektoru, “Fədai” kooperativinin sədri, Aslan R.Q” k/m-da kommersiya direktoru, “ER-COMPANY LTD”-də mütəxəssis, Azərbaycan Respubilkası Daxili İşlər Nazirliyində əməliyyatçı,“European-Tabacco-Baku” ASC-da Marketinq şöbəsinin baş əlaqələndiricisi, European-Tabacco-Baku” ASC-da Marketinq şöbəsinin baş əlaqələndiricisi, Xanlar Rayon İcra Hakimiyyəti Başçısının sosial-iqtisadi məsələlər üzrə müavini, Xanlar rayon İcra Hakimiyyəti Başçısının I müavini, Yardımlı rayon İcra Hakimiyyəti Başçısı və hazılrda, Xızı rayon İcra Hakimiyyəti Başçısı… Ciddi suallarla dolu bir vəzifələr..
Bütün vəzifələrdən görünür ki, Xəzər Aslanov həmişə biznes sahəsində çalışıb. Amma arada Azərbaycan Respubilkası Daxili İşlər Nazirliyində əməliyyatçı da olub (?)…
Xəzər Aslanovun bioqrafiyasını www. khizi-ih.gov.az saytında olduğu kimi təqdim edirik:
Aslanov Xəzər Qəşəm oğlu, 06 iyun 1970-ci ildə Bakı şəhərində anadan olmuşdur. Əmək fəaliyyətinə 04.09.1987-ci ildə Xırdalan Südçülük savxozunda fəhlə kimi başlamış və 16.02.1988-ci il tarixə kimi həmin müəssisədə çalışmışdır. 16.02.1988-ci ildən 31.10.1988-ci ilədək Bakı şəhər Məhkəməsində katib işləmiş, 13.11.1988-ci ildən 30.11.1990-ci ilədək həqiqi hərbi xidmətdə olmuşdur.
25.12.1990-cı ildən 14.02.1992-ci ilədək “İRS” kooperativində Beynəlxalq Əlaqələr şöbəsinin inspektoru, 14.02.1992-03.08.1992-ci illərdə “Fədai” kooperativinin sədri, 03.08.1992-ci ildən 31.01.1994-cü ilədək “Aslan R.Q” k/m-da kommersiya direktoru, 01.02.1994-cü il tarixdən 22.11.1994-cü ilədək “ER-COMPANY LTD”-də mütəxəssis, 30.11.1994-cü ildən 17.04.2002-ci ilədək Azərbaycan Respubilkası Daxili İşlər Nazirliyində əməliyyatçı, 25.07.2002-ci ildən 21.01.2003-cü ilədək “European-Tabacco-Baku” ASC-da Marketinq şöbəsinin baş əlaqələndiricisi, 13.08.2003-ci ildən 07.06.2005-cü ilədək “European-Tabacco-Baku” ASC-da Marketinq şöbəsinin baş əlaqələndiricisi, 05.06.2005-ci ildən 17.04.2006-cı ilədək Xanlar Rayon İcra Hakimiyyəti Başçısının sosial-iqtisadi məsələlər üzrə müavini, 17.04.2006-cı ildən 10.10.2006-cı ilədək Xanlar rayon İcra Hakimiyyəti Başçısının I müavini vəzifəsində, 10.10.2006-cı ildən isə 10.04.2012-ci ilədək Yardımlı rayon İcra Hakimiyyəti Başçısı vəzifəsində işləmişdir.
Azərbaycan Respublikası Prezidentinin 10 aprel 2012-ci il tarixli, 2138 saylı Sərəncamı ilə Xızı rayon İcra Hakimiyyəti Başçısı vəzifəsinə təyin edilmişdir.
Hər halda bu qədər məlumatın sırasında Xəzər Aslanovun hansı ali təhsilə məxsus olduğunu bir cümlə ilə yazmaq o qədər də çətin deyil. Elə isə, bu məlumat niyə yazılmayıb? Yaddanmı çıxıb, yoxsa, doğurdan da Xəzər Aslanovun heç bir ali təhsili yoxdur?
Bu suala aydınlıq gətrmək istəsək də, Xızı rayon İcra Hakimiyyətindən bizim suallarımızı kimsə cavablandırmadı. 
шаблоны для dle 11.2

Xəbər lenti
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024