Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (13-02-2014, 12:42)
Ramananın ürək ağrıdan yol problemi - Fotolar

Bu gecə yağan yağış paytaxtın bir çox ərazilərində olduğu kimi Sabunçu rayonunda da böyük çətinliklər yaradıb

 

Bu barədə paytaxt sakinləri ans press-in “qaynar xətti”nə bildiriblər. Rayon sakinlərindən olan Taleh Cəfərov bildirib ki, Ramana qəsəbəsi, Savxoz deyilən ərazidə yollar darmadağındır. 
“Bir az yağış yağan kimi burada yollar keçilməz səddə dönür. Yollardakı böyük çuxurlar su ilə dolur. Burada yaşayanlar əzab çəkirlər. Bura nə təcili yardım maşını gələ bilir, nə də yanğınsöndürən. Avtobuslar da işləyə bilmirlər. Sürücülər deyirlər ki, maşınlar dağılır”, - deyə Taleh Cəfərov vurğulayıb.
Məsələ ilə əlaqədar Sabunçu rayon İcra Hakimiyyəti tabeliyində olan Ramana icra nümayəndəliyilə əlaqə saxladıq. Qurumun sədri Əlican Xəlilovun verdiyi məlumata görə, adıçəkilən ərazi “Azəryolservis” ASC-nin tabeliyindədir.
“Biz də dəfələrlə bu barədə “Azəryolservis”ə bildirmişik. Deyirlər ki, dövlət proqramına əsasən yo təmir olunacaq. İndi növbəni gözləyirik”, - deyə Əlican Xəlilov vurğulayıb.
Problemin nə zaman həll olunacağını öyrənmək üçün “Azəryolservis” ASC ilə əlaqə yaratmaq istədik. Lakin qurumun mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev zənglərimizə cavab vermədi.
Ümid edirik ki, deyilən ərazidə yollar nə vaxtsa təmir olunacaq.
Adıçəkilən ərazidən çəkilən fotoları təqdim edirik:
 

 



Xəbərin oxunma 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024