Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Slayd / Aktual (22-07-2021, 09:41)
Sentyabrda karantin sərtləşdiriləcək?

Sentyabrda karantin sərtləşdiriləcək?
Fransada pandemiyanın 4-cü dalğası başlayıb. Bunu Fransa hökumətinin rəsmi nümayəndəsi Qabriel Atal deyib: “Biz koronavirus pandemiyasının 4-cü dalğasına qədəm qoyuruq. Hazırda yayılma sürəti əvvəlki mərhələlərə nisbətən daha yüksəkdir. Bir həftə ərzində koronavirusa yoluxma hallarının sayı iki dəfə artıb. İndi hər gün təxminən 10 min yeni yoluxma qeydə alınır.” Onun sözlərinə görə, yeni yoluxma hallarının 80 faizi “Delta” ştammıdır. Almaniyada da koronavirusun 4-cü dalğası gözlənilir. Böyük Britaniyada isə ötən gün 39 mindən artıq yoluxma qeydə alınıb ki, bu, yanvar ayından bu yana rekord rəqəmdir. Azərbaycanın qonşuları Rusiya, Gürcüstan və Türkiyədə də “Delta” ştammına yoluxma sayı artır.

Bütün bunlar Azərbaycanda söz-söhbətlərin yayılmasına səbəb olub ki, yay tətilindən sonra – sentyabr ayında karantin rejimi yenidən sərtləşdiriləcək. Xüsusən sahibkarlar ciddi narahatdır ki, yenidən qapanmalar olsa, bu dəfə birdəfəlik batacaqlar.

Baş nazir Əli Əsədovun bu gün Operativ Qərargahın geniş tərkibdə keçirilən respublika müşavirəsində söylədikləri də diqqəti cəlb edir. Ə. Əsədov şənlik mərasimlərində qaydalara əməl olunmamasından şikayətlənib:

“Qonaqların sayına qoyulmuş məhdudiyyət nəzərə alınmır, iştirak edən şəxslərin COVID pasportu olmur, mərasimin vaxtı müəyyən olunmuş saatları keçir, sanitar-epidemioloji normalar pozulur, obyektlərdə əməkdaşların 80%-nin peyvəndlənmiş olması tələbi tətbiq olunmur. Oxşar hallar respublikanın başqa şəhər və rayonlarında da müşahidə olunmaqdadır. Belə mənfi halların nəticəsidir ki, son günlər ölkə üzrə yoluxmanın artımı müşahidə olunur”.

Baş nazir vurğulayıb ki, prosesin bu şəkildə davam etməsi arzuolunmaz nəticələrə aparıb çıxara bilər. Monitorinqin nəticələri, vətəndaşların çoxsaylı müraciətləri və yoluxmanın artması ciddi və təxirəsalınmaz tədbirlərin görülməsini tələb edir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev “Press Klub”a açıqlamasında ölkəmizdə vəziyyətin hələlik pis olmadığını söylədi:

“Bizdə bir çox qadağalar götürülüb, toylar artıq keçirilir, normal həyata qayıtmışıq. Amma yeni yoluxanların sayı 256-ya çatıb və 300-ə qədər qalxa bilər. Sağalanların sayı da kifayət qədərdir. Azərbaycandakı səhiyyə ocaqlarında 55-60 minə qədər çarpayı var ki, xəstələr daha da artarsa, insanları orada yerləşdirib, mülaicə etmək olar. Rəqəmlər öz-özlüyündə baş verəcəkləri təhlil etməyə imkan verir. Gürcüstanda yoluxanların sayı ölkəmizlə müqayisədə 10-15 dəfə çoxdur. Orada qadağaların çoxunu aradan qaldırıblar. Bizdə vəziyyət Operativ Qərargahın verəcəyi qərardan asılıdır. Dövlətin xüsusi addımları və tədbirləri nəticəsində hazırda vəziyyət o qədər də pis deyil. Amma nədənsə vətəndaşlar mənə yaxınlaşaraq qapanmaların olub-olmayacağı barədə sual verirlər. Axı, bu dezinformasiyaları kimdən və haradan alırlar?! Niyə insanların əlini iş-gücdən soyudurlar?! Qapanmalara hələ ki ehtiyac yoxdur. Rəqəmlər obyektiv rəqəmlərdir. Təbii ki, bir çox məsələ vətəndaşların özündən asılıdır. Məsələn, 150 nəfərlə toy keçirilməsinə icazə verilib, amma toy sahibləri 300 nəfər qonaq dəvət edir. Bir çox yerlərdə hamı bir-birinin “ağzının içindədir”, maskadan da istifadə etmirlər. Əlbəttə, bununla da yoluxmalar sayı artacaq”.

Deputatın sözlərinə görə, yoluxmaların qarşısının alınmasında vaksinasiyanın rolu az deyil:

“Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 4 357 839, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 2 581 000, ikinci mərhələ üzrə sayı isə 1 776 839 nəfər təşkil edir. İlin sonuna qədər 80-90 faiz əhalinin peyvənd olunacağını düşünürəm. Vaksinasiya genişləndikcə, yoluxanların sayı da azalır. Ona görə də qorxulu nəyinsə olacağına inanmıram”.

R. Quliyev deyir ki, dövlət sahibkarlığa kifayət qədər şərait yaradır:

“Sahibkarların işləməsi dövlətin marağındadır. Biri var ki, dövlət öz hesabından sahibkarları saxlasın, maaş versin, biri də var ki, sahibkarlar özləri özlərini saxlayır, üstəgəl, dövlətin büdcəsinə vergi də verirlər. Ona görə də insanlar panikaya düşməsin. Bu rəqəmlərlə heç bir qapanmaya ehtiyac yaranmayacaq. Qapanmaya gediləcəyi barədə xəbər yayan insanlar təxribatla məşğuldur. Bu cür təxribatların da sonu yaxşı olmur”.

İqtisadçı ekspert Rəşad Həsənov “Press Klub”a şərhində yeni qapanmaların olacağı təqdirdə, dövlət tərəfindən daha əhatəli tədbirlərin görüləcəyinə inanmır:

“Çünki hökumət hətta indiki ilə müqayisədə maliyyə vəziyyətinin daha yaxşı olduğu 2020-ci ilin əvvəllərində belə bir mövqe ortaya qoymadı, məsələlərə mümkün qədər konservativ yanaşdı. Əgər yeni qapanmalar olarsa, hökumət ən yaxşı halda 2020-ci ildə pandemiyadan zərər görmüş sahibkarlıq subyektləri üçün nəzərdə tutulmuş müəyyən güzəştləri edəcək. Buraya vergi güzəştlərini daxil edəcəklərini isə düşünmürəm. Çünki ilin yarsından çoxu gedib və yeni dəyişikliklərin edilməsi müzakirə tələb edir. Birbaşa maliyyə dəstəyi çərçivəsində müyyən subsidiyaların verilməsi ehtimalı gündəmə gələ bilər. Mərkəzi Bank kommersiya banklarına yenə də hansısa formada borclarla bağlı müvəqqəti requlyativ güzəştlər verə bilər ki, onlar sahibkarlıq subyektləri üzərində təzyiqi azaltsınlar. Mənim fikrimcə, yeni qapanma olacağı halda, hökumətin ən yaxşı halda atacağı addımlar bundan ibarət olacaq”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024