Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Slayd / Aktual (23-03-2021, 11:30)
Generalın “Dubay sərgüzəştləri” niyə indi yayılır?

Nəcməddin Sadıkov dövlətə meydan oxuyur?
Dünən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin sabiq Baş Qərargah Rəisi (BQR) general-polkovnik Nəcməddin Sadıkovun Dubayda istirahət etdiyi ilə bağlı videolar yayılıb.

Məsələ ondadır ki, Nəcməddin Sadıkovun hazırda Bakıda olduğu deyilir. Yəni, bu videolar bu günün yox, onun BQR olduğu vaxt çəkilib.

Əsas sual budur, Nəcməddin Sadıkovun bu videoları niyə indi mətbuata sızdırılıb?

Əslində bu videolar məhz Nəcməddin Sadıkov tərəfindən və onun istəyi ilə edilib.

Dünən Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusuna general-mayor Rzayev Mübariz Balağa oğlu komandir təyin edilib. Əslində bu təyinatı heç kim gözləmirdi. Çünki, Mübariz Rzayev Nəcməddin Sadıkovun ən sadiq adamlarından sayılırdı. Təkcə bu fakt onu deməyə əsas verir ki, Nəcməddin Sadıkovun orduda gücü hələ də qalmaqdadır.

Bundan əlavə, əldə etdiyimiz məlumata görə, Nəcməddin Sadıkov ordu sıralarından ehtiyata buraxılsa da (Müdafiə nazirliyinin Nəcməddin Sadıkovla bağlı yaydığı açıqlamada ehtiyata buraxıldığı bildirilir), hələ də ona sadiq olan generallara və digər hərbçilərə göstərişlərini verir. Nəcməddin Sadıkov ordu sıralarından ehtiyata buraxılıb, ancaq gücü və təsiri hələ də qalmaqdadır.

Milli Qəhrəman, general-leytenant Rövşən Əkbərovun həbs edildiyi bir zamanda Nəcməddin Sadıkov öz əməllərinə davam edir. Generallarla telefonla əlaqə saxlayır, evində onlarla iclas keçirir. Bütün bunlar onu deməyə əsas verir ki, bu videoların yayılmasında Nəcməddin Sadıkov özü maraqlıdır. O bir növ Azərbaycan dövlətinə və onu xəyanətkar adlandıran Azərbaycan xalqına göz dağı verir, gövdə göstərişi edir.
 //yenicag.az//


шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024