Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Slayd / Araşdırma (8-10-2020, 14:42)
Ağdərə qanlı sıyığa dönüb, kömək gəlmir... - Erməni hərbçi

 Rus müxbir separatçıların İrəvana qaçdığını, ermənilərin Qarabağda ağır duruma düşdüyünü yazır

Mediatv.az Musavat.com-a istinadən xəbər verir ki, Rusiyanın Znak.com saytında Qarabağda gedən əməliyyatlarla bağlı yazı reportaj dərc olunub. Reportajda ermənilərin Qarabağda, xüsusən Xankəndində ağır duruma düşdüyü əksini tapır.

Reportajda bildirilir ki, Dağlıq Qarabağda havalar soyumağa başlayıb və işıq, qaz təchizatı tamamilə yoxdur, artıq Xankəndində bəziləri evini isitmək üçün mebellərini söküb yandırır, işıq kimi isə şamlardan istifadə edirlər.

Müəllif qeyd edir ki, Xankəndində rabitə yoxdur, çünki işıq olmadığından mobil telefonların batareyası tükənib, habelə mobil operatorlar çalışa bilmir.

Yazıda bildirilir ki, Xankəndində və digər bölgələrdə ərzaq çatışmazlığı yaranıb, mağazalar işləmir:

“Münaqişə zonasında demək olar ki, bütün avtomobillər və mikroavtobuslar Xankəndindan əhalinin köçürülməsinə cəlb edilib, amma yenə də nəqliyyat çatmır – bəziləri günlərlə öz növbəsini gözləyir”.

Reportyor ermənilərin döyüşmək istəmədiklərini vurğulayıb və buna dair rastlaşdığı hadisəni nəql edib:

“Hərbçilərdən biri Xankəndində sığınacaqda oturanlara irad bildirir: “Nə oturmusuz burada? Durun cəbhəyə gedin, orada əməlli başlı qırğındı, bizi havadan vururlar, artilleriya ilə darmadağın edirlər. Minlərlə ölü var!”

Alik adlı hərbçinin Znak.com-un müxbirinə dediklərindən:

“...Mardakert (Ağdərə - red.) qanlı sıyığa dönüb! Bizə kömək gəlmir, hər yer yanır, hava ilə bizə göndərilən heç nə gəlib çatmır, göydəcə parça-parça edilir”.

Xankəndinin sakinləri rus reрortyora bildiriblər ki, yaranmış vəziyyətdə əhali şəhərin 300 km-likdə yerləşən Yerevana axışır: “Onların bir çoxunun Yerevanda qohumları və ya dost-tanışları yaşayır”.

Müxbir yazır ki, hətta bir çox ermənilər heç Ermənistanda da qalmaq istəmir – xarici ölkələrə çıxıb getməyə çalışırlar.

Məqalədən bəlli olur ki, separatçılar əhalinin Ermənistana axınının qarşısını almaq üçün məhdudiyyətlər qoymağa çalışır. Çağırış yaşında olan kişilərin Qarabağı tərk etməsinə qeyri-rəsmi qadağa qoyulsa da, insanlar müxtəlif yollarla buranı tərk edir. Qalanlara isə Azərbaycan əsgərlərinin bu əraziləri nəzarətə götürməməsi üçün dua etmək qalır. “Biz Allaha yalvarırık ki, kimsə onları dayandırsın” - deyə, Xankəndi sakinlərindən biri bildirib.



шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024