Ana səhifə Gündəm Aktual Problem Siyasət Araşdırma Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Slayd / Aktual / Redaktor seçimi (13-12-2018, 15:00)
TƏHSİL İNSTİTUTU SAXTAKARLIĞI ÖRT-BASDIR EDİR?

 







 





Sadiq oxucularımız xatırlayarlar, Mediatv.az saytında gedən "Təhsil İnstitutunun adi dəyişdi, təhsilə törətdiyi problemlər qalmaqdadir") sərlövhəli məqalədə Təhsil Nazirliyinin tabeçiliyində Təhsil İnstitutunun dissertantı Əzimova Aygün haqqında ilginc məlumatları paylaşmışdıq. Məlumatda bildirilirdi ki, A.Əzimova öz anket məlumatlarını bilərəkdən, məqsədli şəkildə saxtalaşdırmış, fəlsəfədən bir termin bilmədiyi, eləcə də ingilis dilində hərf belə tanımadığı halda Təhsil İnstitutunda minimum imtahan "vermişdir". Onu da qeyd  etmişdik ki,bu informasiya ilə bağlı TN nəzdindəki Təhsil İnstitutuna göndərdiyimiz rəsmi sorğuya cavab ala bilmirik. Həmçinin, təxmin etmişdik ki, Təhsil İnstitutunun uzun müddət susqunluq göstərməsi dəqiqləşdirilməsinə çalışdığımız faktların öz təsdiqini tapması ilə əlaqəli ola bilər və İnstitut rəhbərliyi faktı rəsmən təsdiqləməkdə maraqlı olmadığından, cavab verməkdə acizdir. Məqalə işıq üzü görəndən dərhal sonra Təhsil İnstitutu sorğumuza cavab verdi. Əlbəttə, əgər buna cavab demək mümkünsə. İnstituta 19.09.2018-ci il tarixli 10/161 saylı çıxış nömrəli məktubumuza,10.12.2018 tarixdə, zərfi poçtla, poçtalyonla deyil, baş redaktorumuza zəng vurub kuryer vasitəsilə çatdırdılar(məktubun çıxış nömrəsi 01-10-248/10).Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən bir ay müddətinə  baxıb cavab verməli olduqları halda rəsmi sorğumuzun cavabını 3 aya qədər gecikdirmələrini İnstitut rəhbərliyinin qanunlarımıza necə yanaşmalarının əyani təzahüridir.İnstitutun direktoru vəzifəsini icra edən Emin Əmirullayevin imzaladığı həmin məktubda göstərilir ki, Təhsil İnstitutuna ünvanladığımız məktub yaradılmış komissiya tərəfindən araşdırılmışdır: "Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinə (Şəxsi toxunulmazlıq hüququ), Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 23-cü maddəsinə (Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi) əsaslanaraq bildiririk ki, bu barədə sorğuya cavab vermək mümkün deyil. Məlumatı nəzərə almağınız xahiş olunur".Maraqlı və eyni zamanda təəccüblüdür, deyilmi? Ən azından bunu demək olar ki, İnstitutun cavab məktubunda araşdırma üçün göndərdiyimiz məlumatların həqiqətə uyğun olmadığı yazılmayıb, bu bir. İkincisi, məntiqlə belə çıxır ki, yaradılmış komissiyanın araşdırmasından ortaya çıxan nəticə açıqlanacağı təqdirdə A.Əzimovanın şərəfinə, ləyaqətinə, işgüzar nüfuzuna xələl gələcək
   Hər hansı cinayyət faktının mətbuata çıxarılması,şərəf və ləyaqətin alçaldılması hesab oluna bilməz.Belə olarsa onda gərək mətbuatda qanunsuzluğa yol vermiş heç bir şəxsin adı çəkilməsin.
 Cənab E.Əmirullayev bir məsələni nəzərə almalıdır ki, A.Əzimova şərəfini, ləyaqətini, işgüzar nüfuzunu qorumaq barədə hamıdan qabaq özü qayğılanmalıydı. "Ləyaqət" sözünün kökü "layiq", "layiqlilik" anlamı verir. A.Əzimova layiq olmadığı elmi dərəcəyə çatmaq üçün qanunsuz üsullara, saxtakarlığa, falsifikasiyaya  əl atıbsa, demək, bilərəkdən ləyaqətini tamaha, nəfsinə qurban verib.Sanki, İnstitut direktoru işarə edir ki, komissiyanın aşkar etdiyi nəticəni sizinlə bölüşməyəcəyik.Redaksiyamıza ünvanlanmış məktubda fəlsəfədən bir termin bilmədiyi, eləcə də ingilis dilində hərf belə tanımadığı halda Təhsil İnstitutunda minimum imtahan necə verməsindən söhbət belə açılmır. A.Əzimovanın şəxsi həyatı ilə bağlı heç bir sirrini ictimai əhəmiyyətli saymırıq və bu, bizi maraqlandırmır. Amma, savadının yetmədiyi halda elmi dərəcələr alması onun şəxsi həyat məsələsi deyil, ictimai əhəmiyyətli məsələdir. Layiq deyilsə, demək, yalançı alimliyə görə alacağı artıq maaş dövlətin büdcəsindən, o büdcəni ödədiyi vergilərlə zənginləşdirən vətəndaşların cibindən gedəcək. Bunun adı dələduzluqdur! Olmaya, A.Əzimovanın tutduğu işlər Təhsil İnstitutunun səlahiyyətləri şəxsləri üçün adi haldır? Əcəba, İnstitut rəhbərliyinin bu qadının qarşısında hansı gözükölgəliliyi vardır ki, onu mütləq "alim" etmək istəyir? Bəs hanı bu elmi müəssisənin qüruru?Sahə üzrə ekspertlərdən öyrənmişik ki, ixtisas üzrə minimum imtahanı Elmi Şura olan yerlərdə vermək mümkündür. Psixologiya ixtisası üzrə Elmi Şura isə yalnız Bakı Dövlət Universitetinin Psixologiya kafedrasında vardır. Mediatv.az saytına daxil olmuş məlumata görə, A.Əzimova son vaxtlar "əl-ayağa düşərək", BDU-nun Psixologiya kafedrasına can atır ki psixologiya ixtisasından minimum imtahanı "əcaib yollarla" versin və xaricdə elmi məqalə dərc etdirmək üçün(kimlərəsə yazdırıb) səylər göstərir. Mövzuya qayıdacağıq.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
22 01 2019
22 01 2019
22 01 2019
22 01 2019
22 01 2019
22 01 2019
22 01 2019
22 01 2019
22 01 2019
22 01 2019
22 01 2019
22 01 2019
22 01 2019
22 01 2019
22 01 2019
22 01 2019
22 01 2019
22 01 2019
21 01 2019
21 01 2019
21 01 2019
21 01 2019
21 01 2019
21 01 2019
21 01 2019
21 01 2019
21 01 2019
21 01 2019
21 01 2019
21 01 2019

{sape_links}{sape_article}