Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Slayd / Aktual / Redaktor seçimi (16-10-2018, 12:34)
Meşə kütləvi şəkildə qırılır – FOTOREPORTAJ

Meşə kütləvi şəkildə qırılır – FOTOREPORTAJ

 

Quba rayonunun Quba-İspik-Xınalıq yolunun üstündə yerləşən Qəçrəş meşəçiliyi kütləvi şəkildə  qırılır. Bunu 14 oktyabr tarixində rayona ezam olunmuş Kivnews.com İnformasiya Portalının əməkdaşı öz gözləri ilə görüb. Belə kiqeyd olunan ərazidə hündürlüyü 20-30 metrə çatan irigövdəli və sağlam fıstıqvələs, ağcaqayın ağacları bir dəqiqənin içində qırılaraq məhv edilir. Maraqlıdır ki, qırılan ağaclar səhiyyə qırma sahəsi adı altında kəsilərək doğranır. Əslində isə səhiyyə qırma sahəsi adı altında kəsilən ağaclar xəstə olmalıdır. Amma təəssüflər olsun ki, əməkdaşımız Quba-İspik-Xınalıq yolunun üstündə yerləşən Qəçrəş meşəçiliyinin 7 saylı dolayının ərazisində olarkən xəstə ağacların yox, məhz 150-yə yaxın sağlam ağacların qırıldığını müşahidə edib. Bu ağaclar isə son 15-20 gün ərzində kəsilib. Hətta əməkdaşımız bildirir ki, xəstə ağaclara əl vurulmadan, onun yanında olan sağlam ağaclar kəsilib.

Qeyd edək ki, xəstə ağacların müəyyən olunması əvvəlcədən həyata keçirilərək belə ağaclara işarələr vurulur. Əməkdaşımız meşədə olarkən onlarla sağlam ağaca xəstə adı altında işarə vurulduğunu müşahidə edib. Bu kimi ağaclar isə növbəti qurbanını gözləyir.

Bu arada qeyd edək ki, meşə ərazilərin qorunması üçün Quba rayonunda 5 şöbə fəaliyyət göstərir. Bunlar – Quba, Alpan, Rostov, Qonaqkənd və Vəlvələ kənd şöbələridir. Quba-İspik-Xınalıq yolunun üstündə yerləşən Qəçrəş meşəçiliyinin 7 saylı dolayının ərazisi isə Quba şöbəsinə tabedir.

Təssüflər olsun ki, Quba Meşə Mühafizəsi və Bərpası Müəssisəsi meşələrin qorunmasına yox, onların kəsilərək satılmasına göz yumur. Çünki əməkdaşımız rayon ərazisində olarkən öyrənib ki, Quba meşəsindən bir maşın ağacın kəsilərək aparılmasının qiyməti 250 manat təşkil edir. Ay ərzində isə yüzlərlə maşın ağac kəsilərək yeşik hazırlanan sexlərə daşınır. Ümumilikdə isə, rayon ərazisində nə az, nə çox 367 yeşik emalı sexi fəaliyyət göstərir. Hazır yeşiklər isə respublikamızın əksər rayonları ilə yanaşı Rusiyaya daşınır.

Qeyd edək ki, Quba Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin müdiri Rafiq İsgəndərovun və müəssisənin Quba şöbəsinin müdiri Fərid Əkbərovun adı meşə ərazisində tez-tez hallanır. Hətta əməkdaşımız meşə ərazisində olarkən işbaşında yaxaladığı şəxslərdən ağacların kəsilməsinin icazəsini kimdən aldıqlarını soruşduqda qeyd etdiyimiz iki nəfərin adını çəkiblər.

Əməkdaşımız ağacların nə üçün kəsildiyini araşdırmaq üçün Fərid Əkbərovla əlaqə saxlayaraq münasibət öyrənib. Fərid Əkbərov isə məsuliyyəti idarənin üzərinə ataraq bildirib ki, "İdarə tərəfindən qırma sahəsi ayrılıb, mən ayırmamışam. Qırma sahəsidir ora. Mütəxəssislər baxıb qırma sayəsi ayırıblar, nə bilim. Fıstıq ağacı belədir ki, sağlam olanda deyirlər, yeşik sexinə verirlər. Vələs ağaclarıdır da, oduna gedən şeylərdi.  Heç odununu alan yoxdu onun. Ramin müəllimə deyərəm komissiya göndərər əraziyə".

Bildirək ki, Fərid Əkbərovun adını çəkdiyi Ramin Mürsəlov isə Quba, Qusar, Xudat, Xaçmaz, Yalama rayonlarının meşələrinə cavabdeh şəxsdir. Yəni 5 rayon şöbəsi ona tabedir.  

Təəssüflər olsun ki, Quba Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin müdiri Rafiq İsgəndərovu dəfələrlə arasaq da hər dəfə bir bəhanə gətirərək onunla danışmağa imkan yaratmadılar.

Sonda qeyd edək ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bir daha ağacların qanunsuz kəsilməsinə toxundu və “Bir daha demək istəyirəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi olmadan əgər kimsə bir ağac kəsirsə, onda özündən küssün”, deyə bildirdi.

Mövzunun davamı var.

P.S Meşələrin qırılmasından kimlərin qazanmasından tutmuş, həmçinin oxuyacaqsınız ki, hansı vəzifəli dayısı oğlunu, xalası oğlunu və digər qohumlarını başına yığaraq ağacların kütləvi şəkildə qırılmasına göz yumur.

 

 

 

 

 

шаблоны для dle 11.2

Xəbər lenti
19 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
17 03 2024
17 03 2024
17 03 2024