Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (31-01-2014, 15:51)
Ərdoğan: “İranla anlaşdığımızı deyə bilmərəm”

 

    Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İran səfərindən məmnun dönməyib

 

Yada salaq ki, yanvarın 29-da başlayan səfərdə əsas müzakirə mövzusu Suriya məsələsi olub. Bəşər Əsədin hakimiyyətdən bir an öncə getməsini istəyən rəsmi Ankara ilə Qərbin planlarına qarşı çıxaraq, Əsəd rejiminə dəstək verən Tehranın danışıqları xeyli gərgin keçib.
Türkiyə baş nazirinin bu səfərin nəticələri ilə bağlı açıqlamasında da danışıqlardakı gərginliyin tonu açıq şəkildə hiss edilir: “Suriya məsələsində İranın qərar verə bilmədiyi bir məqam var. Tehran düşünür ki, terror qrupları prosesdən kənarlaşdırılmadan, terrorçuların maliyyə qaynaqları kəsilmədən, terrorçuların Suriyaya girişi əngəllənmədən Bəşər Əsədin hakimiyyətdən getməsinin heç bir mənası yoxdur. Biz də bildirdik ki, 3 il öncə bu terror qrupları Suriyada yox idi. Bu qruplar Əsəd ilə bir yerdə yaradılıb. Bir ölkə başçısının vəzifəsi terror qruplaşmasını ölkəyə buraxmamaq və ya onlarla mücadilə etməkdir. Bunu bacarmayan və etmək istəməyən hakimiyyət mütləq dəyişməlidir. Xalqa söykənən, xalqın iradəsini ifadə edən şəxslər hakimiyyətə gəlməlidir. Ona gör də, biz rəsmi Tehranın “terror qruplaşmaları Suriyadan çıxmalıdır” yanaşmasını paylaşmırıq”.
Baş nazir R.T.Ərdoğan İran rəsmilərinə Türkiyənin təklifi haqqında danışıb: “Suriyada keçid hökuməti qurmaq məsələsində önəmli bir addım atmaq mümkündür. Bu hökumət zorakılıq etməmiş, xalqın qəbul etdiyi şəxslərdən təşkil olunmalı və ölkədə ən qısa zamanda seçkilər keçirməlidir. İndi vətəndaş müharibəsi davam etsə belə, biz seçkilər keçirilməsinin vacibliyini düşünürük. Bu, Suriya xalqını rahatladacaq. Hələlik bu məsələ ilə bağlı İranla anlaşdığımızı söyləyə bilməyəcəm. Ancaq biz həm xarici işlər nazirliklərinə, həm də təhlükəsizlik orqanlarına konkret tapşırıqlar verdik”

 

шаблоны для dle 11.2

Xəbər lenti
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024