Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (23-12-2014, 18:35)
Ümid partiyasından seçki ilə bağlı ilkin hesabat


Ümid Partiyası bələdiyyə seçkiləri ilə bağlı məlumat yayıb


“Qafqazinfo”ya daxil olan məlumatda qeyd olunur ki, Ümid Partiyasının  bələdiyyə seçkilərində səlahiyyətli nümayəndələri və  müşahidəçiləri  müşahidə apardıqları  MnSK-larda  ciddi qanun pozuntularına  rast gəlinib.

29 saylı  Səbail  seçki dairəsinin 26 saylı məntəqəsində  seçki başlayandan  sonra bir saat ərzində  seçici aktivliyi olmamasına baxmayaraq seçki qutusu bülletenlə doldurulub.  22,23,25, 27 , 28,29 saylı məntəqələrində  isə günün birinci  yarısı karusel işlənib. Qutulara topa bülleten atılıb.  Bir nəfər bir neçə nəfərin əvəzindən və bir nəfərin eyni məntəqədə bir neçə dəfə səs verməsi qeydə alınıb. 

21 saylı Nəsimi seçki dairəsinin 6, 15, 22, 18, 27 saylı  məntəqələrində  karusel işlənib. Qutulara topa bülletenlərin atılması, barmaqları  yoxlanmadan  seçicilərin seçkiyə buraxılması,  bir nəfərin bir neçə şəxsin əvəzindən səs verməsi, bülletenlərin seçicilərə  topa halda verilməsi müşahidə olunub.  Seçicilərə işarələnmiş bülletenlər verilib. Seçici fəallığının həddindən artıq zəif olmasına baxmayaraq  qutular  doldurulub. Məntəqə üzvləri seçicilərin əvəzindən imza vərəqələrinə toplu  halda  imza atıblar. Əldə olunan məlumata görə, seçki bitməmiş 19 nəfər bələdiyyə üzvünün artıq siyahısı məntəqələrə göndərilib və  saxtakarlığın adları verilən şəxslər üçün edilməsinə  göstəriş verilib.

Göyçay 89 saylı seçki dairəsində rayonda  olan bütün idarə və müəssisələrin əməkdaşları karuselə cəlb olunub. Həmin şəxslər avtomobillərlə gəzdirilərək bütün məntəqələrdə səs veriblər.  Seçici aktivliyi müşahidə olunmayıb. 2, 4,5,11, 18 saylı məntəqələrdə məntəqə üzvləri tərəfindən qutulara topa bülletenlər atılıb. 

Sumqayıt 41 saylı birinci və  Sumqayıt 42 saylı ikinci seçki dairəsində  karusel işlənib. Bir nəfər bir neçə nəfərin əvəzindən səs verib. seçicilərə topa  və işarələnmiş bülletenlər verilib. Barmaqlar yoxlanmadan və mürəkkəb vurulmadan seçicilər seçki məntəqələrinə buraxılıb. Məntəqə üzvləri qutulara topa bülleten atıblar. 

Qeyd edək ki, müşahidələr, faktların sənədləşdirilməsi davam etdirilir.  Günün sonunda  baş verən seçki saxtakarlıqları ilə bağlı mətbuata  ətraflı məlumat veriləcək.

 

шаблоны для dle 11.2

Xəbər lenti
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024