Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (31-01-2014, 12:28)
Vasif Talıbovdan kəskin çıxış

  Yanvarın 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2013-cü ilin yekunları və qarşıda duran vəzifələrə dair müşavirə keçirilib. 

"Mediatv.az"  xəbər verir ki, Muxtar Respublikanın Ali Məclisinin Sədri Vasif Talıbov müşavirədə çıxış edərək ayrı-ayrı sahələrdə mövcud olan problemləri sadalayıb və MR-nın nazirlərinə konkret tapşırıqlar verib: “2013-cü ildə sosial-iqtisadi sahədə bir sıra nailiyyətlər əldə olunmuşdur. Lakin əldə edilənlər heç də son nəticələr deyildir. Bundan da yaxşı işləmək, bundan da yüksək nailiyyətlərə çatmaq məqsədilə müvafiq qurumlar öz fəaliyyətlərini dərindən təhlil etməli, yol verilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün səylərini daha da artırmalıdırlar”.

Ali Məclisin Sədri ötən il işdə buraxılmış nöqsanlara toxunub: “Muxtar respublikada sənayeləşmənin həcmi ildən-ilə artır. Hər il yeni istehsal müəssisələri fəaliyyətə başlayır. Yerlərdə məskunlaşma və məşğulluq səviyyəsinin yüksəldilməsinə mühüm təsir göstərən amil kimi tarixən formalaşmış təsərrüfatçılıq ənənələrinə əsaslanan sahibkarlıq subyektlərinin yaradılmasına lazımi diqqət yetirilmir. Digər tərəfdən, perspektiv imkanların düzgün qiymətləndirilməməsi, yaxud istehsal edilən məhsulların keyfiyyət göstəricilərinin müvafiq standartlardan geri qalması həmin müəssisələrin bəzilərinin öz fəaliyyətlərini dayandırmasına, bir çox hallarda isə verilmiş kreditlərin vaxtında qaytarılmamasına səbəb olur. Bu isə bir daha göstərir ki, kreditlər verilərkən biznes-planların hazırlanmasında, təhlilində və qiymətləndirilməsində müəyyən səhvlərə yol verilir”.

Ali Məclisin sədri deyib: “Bu gün muxtar respublikanın bütün yaşayış məntəqələrində ən müasir tələblərə cavab verən sosial və inzibati obyektlər tikilir, yollar çəkilir, körpülər salınır. Bir çox hallarda əlavə iş almaq xatirinə tikinti təşkilatları tələskənliyə yol verir, keyfiyyət amilinə yetərincə diqqət yetirmirlər. Bu səbəbdən istifadəyə verildikdən sonra tikililərdə təmirə ehtiyac yaranır. Bununla bağlı son vaxtlar muxtar respublikanın qəsəbə və kəndlərində aparılmış reydlər zamanı xeyli sayda faktlar aşkar olunmuşdur. Qeyd olunan nöqsanlar bir daha göstərir ki, tikintidə keyfiyyətə lazımi nəzarət yoxdur. Kənd təsərrüfatının potensialından tam şəkildə istifadə olunmur. Torpaq sahələrinin əkin dövriyyəsinə cəlb olunması, əkin zamanı mütərəqqi üsulların tətbiqi, mövcud texnika parkından səmərəli istifadə sahəsində hələ də bir sıra nöqsanlar mövcuddur. Bütün bunlar isə məhsuldarlığın aşağı düşməsinə səbəb olur. Məhsuldarlığa mənfi təsir göstərən digər amil isə şoranlaşma və erroziyaya qarşı mübarizə tədbirlərinin davamlı xarakter almaması, suvarma zamanı mütərəqqi metodlardan istifadənin zəif təşkil olunmasıdır”.

V. Talıbov qeyd edib ki, muxtar respublikanın şəhər və rayonlarında aparılan yoxlamalar yerlərdəki digər çatışmazlıqları da üzə çıxıb. Xüsusilə, təmizliyə fikir verilməməsi, məişət tullantılarının selov və dərə keçidlərinə atılması, onların vaxtlı-vaxtında daşınmaması antisanitariya vəziyyətinin yaranmasına səbəb olur. Yerlərdə kommunal xidmətlərin keyfiyyətli təşkilinə lazımi nəzarət olunmur. Bir çox hallarda elektrik xətləri primitiv qaydada çəkilir ki, bu da qəza hallarının baş verməsinə və enerji itkisinə səbəb olur.

“Ötən il təhsil sahəsində aparılan yoxlamalar göstərdi ki, təhsil sahəsində nöqsanlar hələ də qalmaqdadır. Belə ki, dərslərin tədrisində əyani vəsaitlərdən istifadə səviyyəsi aşağıdır, bədən tərbiyəsi dərsləri lazımi səviyyədə təşkil edilmir, müəllimlərin informasiya-kommunikasiya texnologiyalarından istifadəsi qənaətbəxş deyildir. Məktəblərdə hər 13 şagirdə 1 kompyuter düşməsinə baxmayaraq, onların kompyuterlərdən istifadə etmələri və internet şəbəkəsi üzərindən müəyyən dərslərin keçirilməsi təmin edilmir, məşğələ və dərnəklər bir sıra hallarda formal xarakter daşıyır, kompyuterlərin, açıq və qapalı idman qurğularının, hətta binaların saxlanılması səviyyəsi aşağıdır. Təhsil müəssisələrində məktəblilərin sağlamlığı üçün zərərli olan, həmçinin uyğunluq sertifikatı olmayan ərzaq məhsullarının satılması, bu məhsulların sanitar tələblərə cavab verməyən şəraitdə saxlanılması halları da mövcuddur. Ali və orta ixtisas təhsili məktəblərində müəllimlərin dərslərə hazırlıq səviyyəsinin aşağı olması, dərs prosesində informasiya-kommunikasiya texnologiyalarından lazımi qaydada istifadə edilməməsi, dərslərdə əyaniliyin təmin olunmaması, təcrübi məşğələlərin formal xarakter daşıması kadr hazırlığına mənfi təsir göstərir.

 

Ali Məclisin sədri bütün nazirlərə müvafiq tapşırıqlar verib. 

шаблоны для dle 11.2

Xəbər lenti
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024