Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (18-09-2021, 12:04)
"Qazaxın 7 kəndi və Kərkinin Azərbaycana qaytarılmasına hazırlıq gedir"

"Qazaxın 7 kəndi və Kərkinin Azərbaycana qaytarılmasına hazırlıq gedir"
"Delimitasiya və demarkasiya fonunda Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndi ilə bağlı məsələyə də toxunmaq istəyirəm. Əminəm ki, işğal altındakı o kəndlərin taleyi həll olunub və o kəndlər Azərbaycana qaytarılacaq".

Bizim.Media xəbər verir ki, bu fikirləri politoloq Eldar Namazov yerli saytlardan birinə müsahibəsində səsləndirib.

Üçtərəfli sazişin ermənilər də çap etdiyi variantında o kəndlərlə bağlı məsələ göstərilib:

"Yalnız Kremlin təqdim etdiyi son variantda 7 kənd yox idi. Həmin 7 kənd haqqında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da fikirlərini bildirmişdi. Bütün bunlar göstərir ki, bu 7 kəndlə bağlı çox ciddi müzakirələr olub, müəyyən mənada qərarlar də qəbul edilib. Sadəcə, görünür ki, həmin qərarların həyata keçirilməsi vaxtı bir qədər uzadılıb. Təsadüfi deyil ki, Rusiya sərhədçiləri bu yaxınlarda həmin 7 kənd istiqamətində Ermənistan tərəfindən sərhədlər üçün müəyyən dayaq nöqtələri və kazarmalar tikməyə başlayıblar.

Hamı başa düşür ki, Rusiya həmin yollara da nəzarəti öz üzərinə götürməyə məcbur olacaq. Qazaxın bir kəndindən digər kəndinə yollar Ermənistan ərazisindən də keçir.

Orada rahat gediş-gəlişi təmin etmək üçün yəqin ki, Rusiya sərhədçiləri həmin funksiyanı yerinə yetirəcəklər. 7 kənd və Kərki kəndi hazırlıq işləri görüləndən sonra Azərbaycana qaytarılacaq. Mənim buna heç bir şübhəm yoxdur və buna hazırlıq işlərinin görülməsi göz qabağındadır".
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024