Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (21-11-2014, 19:54)
Gələn il seçkiyə qatılmaları məsləhət görülməyən deputatlar - SİYAHI

Hazırda Milli Məclisdə təmsil olunan dörd deputat gələn il keçiriləcək parlament seçkilərinə qatılmayacaq.


Bununla bağlı informasiya Editor.az-a məlumatlı mənbələrdən daxil olub.

Mənbəmizin sözlərinə görə, Milli Məclisin istər plenar, istərsə də Komitə iclaslarında aktivlik nümayiş etdirməyən, qanunvericilk təşəbbüslərinin irəli sürülməsində hər hansı fəaliyyəti olmayan, o cümlədən seçiciləri ilə təmasdan yayınan millət vəkillərinin fəaliyyəti ilə bağlı dəfələrlə həm Milli Məclis rəhbərliyinə, həm də yuxarı instansiyalara şikayətlər daxil olur.

Həmin millət vəkilləri rayonla bağlı keçirilən tədbirlərə də qatılmır və bu da onların təmsil olunduğu rayonların icra başçıları tərəfindən də ciddi etirazla qarşılanır.

Bu səbəbdən həmin millət vəkilləri ilə icra başçıları arasında qarşıdan gələn seçkilərdə iştirak etməməklə bağlı razılıq əldə olunub.

Mənbəmiz iddia edir ki, hazırda deputat kimi fəaliyyət göstərən, deputat seçilənə qədər rəsmi, seçiləndən sonra isə qeyri-rəsmi bizneslə məşğul olan mandat sahiblərindən dördü gələn il keçiriləcək parlament seçkilərinə qatılmayacaq.

Siyahının uzanacağı, digər biznesmen deputatların da bu sıraya qatılacağı istisna olunmur.

Editor.az gələn il keçiriləcək parlament seçkilərində iştirak etməyəcək biznesmen deputatların siyahısını təqdim edir:

Xanlar Fətiyev

39 saylı Kəpəz birinci (Gəncə) saylı seçki dairəsini təmsil edən deputat Gəncə Avtomobil Zavodunun direktoru olmaqla yanaşı, “Kəpəz” futbol klubuna rəhbərlik edir.

Əliağa Hüseynov

59 saylı Səlyan seçki dairəsini təmsil edən istefada olan general-leytenant Əliağa Hüseynovun “Atlantis” şadlıq sarayı və “Adanalı Hasan Kolcuoğlu” restoranına, o cümlədən paytaxtda yüksək mərtəbəli bina inşa edən bir sıra tikinti şirkətlərinə sahib olduğu deyilir.

Ərəstun Cavadov

87 saylı Ağsu-İsmayıllı seçki dairəsini təmsil edən Ərəstun Cavadov uzun müddət əhali arasında “ÇUM” kimi tanınan Mərkəzi Univermağa rəhbərlik edib. 
Hazırda da onun qeyri-rəsmi olaraq “ÇUM”un sahibi olduğu deyilir.

Nazim Fərəcov

121 saylı Laçın seçki dairəsini təmsil edən Nazim Fərəcov deputat olmaqdan daha çox Abşeron rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun qardaşı kimi ictimaiyyətə məşhurdur. Müxtəlif biznes qurumlarına rəhbərlik etdiyi məlum olsa da, konkret hansı sahədə fəaliyyət göstərdiyi bəlli deyil.
 

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024