Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (4-08-2021, 10:12)
ABŞ generalı Bakıya niyə gəlib? - GƏLİŞMƏ

ABŞ generalı Bakıya niyə gəlib?
Oklohoma Ştatının Milli Qvardiyasının komandanı general-mayor Maykl Tompsonun başçılıq etdiyi nümayəndə heyəti Bakıda olub. Tompson müdafiə naziri Zakir Həsənov və Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudovla görüşüb, ikitərəfli əlaqələr müzakirə edilib.

Qeyd edək ki, Oklahoma Milli Qvardiyası Quru Qoşunları və Hava Qüvvərindən ibarətdir. ABŞ-ın 50 ştatında fəaliyyət göstərir. Aydındır ki, postmünaqişə dövründə Azərbaycan Ordusunun NATO standartlarına böyük miqyasda keçidini təmin etmək istəyir. Amma burada Rusiya amili də var ki, bunu nəzərdən qaçırmaq olmaz. Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür və hansısa hərbi bloklara qoşulmamaq öhdəliyi var. NATO-nun xüsusilə Rusiya sərhədlərinədək gəlib çıxması, həm Gürcüstan, həm də Ukraynanın NATO-ya daxil olmasının sürətlənməsi Moskvanı ciddi narahat edir. Azərbaycanın bugünlərdə Gürcüstanda NATO təlimlərində iştirakının Kremldə etiraz doğurduğu haqda iddialar da var.

ABŞ generalının Bakıya səfərinin pərdəarxası nələrdir və ordumuzun postmüharibə dövründə NATO ordu sisteminə keçidinin əhəmiyyəti nədir? Moskvanın bu məsələlərdə göstərə biləcəyi həssasiyyət hansı qəbildən ola bilər?

Bu suallarla ekspertlərə müraciət etdik.

Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev səfəri belə şərh etdi: “ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli təmsilçilərinin Bakıya səfər etməsi ilk dəfə deyil. İndiyədək Bakıda ABŞ hərbiçilərinin müxtəlif səviyyəli tədbirlərinin, hətta NATO toplantılarının çox şahidi olmuşuq. Yəni bu səfərin baş tutması indiyədək davam edən əməkdaşlığın tərkib hissəsi kimi qiymətləndirilməlidir. O başqa məsələdir ki, hər zaman belə tədbirlər Rusiyada müəyyən qıcıq, narazılıq yaradıb və bu narazılıq müxtəlif üsullarla Azərbaycan tərəfinə çatdırılıb. Amma görünən odur ki, Azərbaycan doğru olaraq kiminsə istəyi və kaprizləri naminə mövqeyini dəyişmək istəmir. Eyni zamanda bu gün bizim NATO ilə əməkdaşlığımız, zaman-zaman birgə hərbi təlimlərdə iştirakımız o anlama gəlməməlidir ki, Azərbaycan NATO-ya üzv olmaq yolunu tutub. Birincisi, Cənubi Qafqazda geosiyasi vəziyyət o həddədir ki, Azərbaycanın bu bloka qoşulması imkanları bu gün üçün imkansızdır. İkincisi, NATO özü Cənubi Qafqaz ölkələrini öz sıralarına qatmağa tələsmir. Gürcüstanın neçə illərdir ki, alyansa qoşulmaqla bağlı istəkləri cavabsız qalıb. Baxmayaraq ki, gürcü ordusu demək olar ki, tam şəkildə NATO standartlarına uyğun formalaşdırılıb. Çünki regionda Rusiya faktoru hələ də öz aktuallığını qoruyub saxlayır və ABŞ indiki vəziyyətdə bu regionda Rusiya ilə qarşıdurmadan çəkinir. Eyni zamanda bu ölkələrlə müxtəlif səviyyələrdə əməkdaşlıqlarını da davam etdirir ki, gələcəkdə proseslərin inkişaf etdirilməsi rahat olsun. Bütün bunları Rusiya da yaxşı anlayır və bilir ki, ABŞ-ın Cənubi Qafqazda hələlik möhkəmlənməsi imkansızdır. Amma gələcəkdə nələrin olacağı onları narahat edir. O səbəbdən imkan düşdükcə bütün vasitələrlə təhdidlərini davam etdirir. Müşahidələrim onu deməyə əsas verir ki, çox zaman Kreml bu cür təhdidlərini birbaşa yox, dolayısı ilə çatdırmağa çalışır. Məsələn, mənə elə gəlir ki, Jirinovskinin son açıqlamaları məhz rəsmi Moskvanın Azərbaycanla bağlı narazılıqlarının təzahürü idi. Yəni ikitərəfli qapalı görüşlərdə narazılıqlar birbaşa söylənilirsə, ictimaiyyət üçün Jirinovski kimilərindən istifadə olunur. Necə ki, belə halları biz müxtəlif illərdə görmüşük. Doğrusu odur ki, Azərbaycan müəyyən balansı saxlamaqla indiyədək yürütdüyü siyasəti davam etdirsin. Yəni həm ABŞ və NATO ilə, həm də bəzi məsələlərdə Rusiya ilə işbirliyinə davam olunsun. Baxmayaraq ki, Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür, ayrı-ayrı dövlətlərlə, hətta hərbi birliklərlə əməkdaşlığına davam etməkdə sərbəstdir. Əgər aparılan siyasət ölkənin milli maraqlarına, eyni zamanda təhlükəsizliyinə xidmət edirsə, o, daha aktiv şəkildə davam etdirilməlidir”.

Siyasi şərhçi Azər Hüseynov: “Bu səfərlər əslində Azərbaycanı qazanmaq üçündür. Azərbaycan Ordusunu NATO tərzi modernləşdirmək istəyir, ancaq bu təşkilata üzv olmaq istəmir. Məncə, bu cür səfərlərdə təkliflər gətirirlər. Biz də hərdən özümüzə lazım olanı almalıyıq. Ermənistanda Paşinyan varsa, Amerika bizə ciddi bir yaxşılıq etməz. Rusiya da öz maraqlarından çıxış edir. Amma hazırda Türkiyədəki yanğına münasibət də regional dəngələri ortaya qoyur. Biz nə qədər taraz oynamaq istəsək də, Türkiyəni unutmamalıyıq. Bu səfərlərin arxa planında ölkəmizdə bəzi antitürk hücrələr fəallaşmamalıdır. Moskvanı isə bu gün Qərbdən çox nəzərə almalıyıq. Çünki Qərb bütün tərəfdaşlarını sonda təhlükə ilə tək buraxır. Bizə regional konfiqurasiya sərf edir”.
“Yeni Müsavat”
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024