Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (15-11-2014, 11:46)
“Qubad İbadoğlunu dəfələrlə görüşə çağırsam da, gəlməyib”

“Müsavat üzvlərinə qovğa açmaq niyyətində deyiləm. Üzərimə müharibə ilə gələn müsavatçıları da sülhlə qarşılayacağam”

 

Bunu Müsavat Partiyasının başqanı Arif Hacılı özünün “facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb.
 
A. Hacılı dialoqa hazır olduğunu açıqlayıb: “Napoleonun məşhur deyimini mən belə dəyişdirirəm: “Müharibə istəyənlər onu almayacaqlar”. Öz tərəfimdən körpüləri yandırmamışam. Kimin mənə nə sözü varsa gəlsin, görüşsün, sözünü desin, iradını bildirsin. Açıq qapını sındırmağa nə ehtiyac var?”
 
A. Hacılı yazıb ki, Müsavat başqanlığına sabiq namizəd Qubad İbadoğlunu dəfələrlə görüşə çağırsa da, o müəyyən səbəblərdən gəlməyib. O, Müsavat Partiyasının tanınmış üzvləri rəhbərliyin siyasətinə etiraz olaraq yaydığı bəyanata da münasibətini bildirib: “Qubad İbadoğluna 3 dəfə özü də müəyyən saatda yox, gün ərzində görüşməyi təklif etmişəm. Bir dəfə xaricdə, iki dəfə isə daha vacib işləri olduğu üçün gələ bilməyib. Siyahıda adları olanlardan bəziləri ilə görüşmüşəm, bəzilərini şəxsən görüşə dəvət etmişəm. Bəziləri hətta Divanın qərarı ilə bizimlə görüşməkdən rəsmi imtina edib. Siyahıda fədakar partiya üzvləri ilə yanaşı, Müsavatda aylarla, hətta illərlə görünməyən, indi bu siyahıda elan etdikləri vəzifələrə aid funksiyaları uzun müddət yerinə yetirməyənlərin də adları var. Onların illərlə cəmiyyətdə baş verən dəhşətlərə susqunluqla yanaşdıqları halda indi yox yerdən problem uydurub, qətiyyətlə üzərimizə gəlmələrinin motivləri mənə məlum deyil. Bununla belə, onlarla da görüşüb mövqelərini dinləməyə hazıram. Bir dəfə də demişəm, yenə təkrar edirəm. Mənim mühafizəçilərim və normalaşdırılmış qəbul saatlarım yoxdur. Sözünüz varsa, gəlin, sözünüzü deyin. Bizimlə televiziya kanalları, bəyanatlar vasitəsi ilə danışmayın”.
шаблоны для dle 11.2

Xəbər lenti
25 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024