Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (8-11-2014, 22:07)
Konstitusiya Günü münasibətilə hüquq olimpiadası keçirilib

Özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirən Azərbaycan xalqı 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə öz Konstitusiyasını qəbul edib.

Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu ilk milli Konstitusiyanın qəbulu müasir tariximizin ən mühüm hadisəsi olmaqla yanaşı, həm də Ulu Öndərin Azərbaycan dövlətçiliyi qarşısında əvəzsiz xidmətlərindən biridir.

Konstitusiya aliliyini təmin edən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi (KM) gənclərin hüquqi tərbiyəsinin yüksəlməsinə, hüquqi dövlət quruculuğunda fəal iştirakına, konstitusiya nəzarətinin mahiyyətini, əsaslarını və prinsiplərini daha da dərindən öyrənmələrinə daim diqqət yetirir.

KM-dən Hafta.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi mütəmadi olaraq 12 noyabr - Konstitusiya Günü və Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzə Milli Fəaliyyət Planı”nın həyata keçirməsi istiqamətində əhəmiyyətli tədbirlər görməkdədir.

Bununla bağlı, Konstitusiya Məhkəməsi hər il Azərbaycanın müxtəlif bölgələrində Konstitusiya Günü münasibətilə ali və orta təhsil müəssisələrinin tələbələri arasında hüquq olimpiadası keçirir. Hüquq olimpiadaları Bakıda, Naxçıvan Muxtar Respublikasında, Gəncə və Sumqayıt şəhərlərində, Lənkəran, Astara, Masallı və Lerik rayonlarında təşkil olunub.

Konstitusiya Gününə həsr olunmuş “Hüquqi dövlətin əsasları” adlı builki hüquq olimpiadası Quba, Xaçmaz, Şabran və Qusar rayonlarında keçirilib. Təhsil Nazirliyi və rayon icra hakimiyyətlərinin dəstəyi ilə keçirilən olimpiadada 800 gənc iştirak edib, qaliblər müəyyən olunub.

Olimpiadanın nəticələri ilə əlaqədar Qubadakı Gənclər Mərkəzində həmin dörd rayonun rəsmiləri və təhsil şöbələrinin rəhbərləri, təhsil müəssisələrinin müəllim, tələbə və şagird kollektivlərinin iştirakı ilə tədbir keçirilib.

Tədbirdə Konstitusiya Məhkəməsi Aparatının Konstitusiya hüququ şöbəsinin müdiri Dürdanə Məmmədova Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin müraciətini olimpiada iştirakçılarının diqqətinə çatdırıb və nəticələri elan edib.
Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev çıxış edərək Konstitusiya Günü münasibətilə iştirakçıları təbrik edib, olimpiadanın təşkilinə görə Konstitusiya Məhkəməsinin kollektivinə minnətdarlığını bildirib. Bu bilik yarışının tələbələrin və şagirdlərin həyatında mühüm rol oynadığı, olimpiada iştirakçıları arasından gələcəkdə ölkəmizə və dövlətimizə layiqli kadrlar yetişəcəyi qeyd edilib.

Tədbirin sonunda olimpiadada yüksək bal toplayaraq fərqlənmiş tələbələrə Konstitusiya Məhkəməsinin təsis etdiyi kubok, diplom və qiymətli hədiyyələr təqdim olunub.

 

 

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024