Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (5-11-2014, 20:47)
Rektor-deputat Əli Nağıyevi “topa tutdu”- CAVAB

 

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, “Odlar Yurdu” universitetinin rektoru Əhməd Vəliyev hakim Yeni Azərbaycan Partiyasının qurucularından biri, keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycanın Belarusdakı sabiq səfiri Əli Nağıyevin ölkədə təhsilin vəziyyətini sərt şəkildə tənqid etməsinə münasibət bildirib.

Deputat Ə.Vəliyev Publika.az-a açıqlamasında Əli Nağıyevin özünün vaxtilə fəaliyyətində nöqsanlara yol verdiyini və buna görə işini itirdiyini söyləyib: “Əli Nağıyev əmək və əhalinin sosial müdafiəsi naziri olan vaxt məgər təhsil nazirindən yaxşı fəaliyyət göstərib? Hər halda, yaxşı fəaliyyəti olsaydı, vəzifəsini itirməzdi. Əli Nağıyev nazir işləyən zaman insanların sosial rifahının yaxşılaşdırılması ilə bağlı hansı səmərəli işləri görüb? Gərək insan ilk növbədə özünə sual versin ki, mən vaxtilə vəzifədə olanda hansı nailiyyətlərə imza atmışam və bu gün hansı işləri görürəm. Yunan filosofu Sokratın bir deyimi var: “Əvvəl özün özünü tanı, sonra elə nəzər elə”. Ona görə də Əli Nağıyev gərək ilk növbədə özünə sual verməlidir ki, mən nə işlər görmüşəm. Tənqid edəndə də deməlidir ki, bəs filan uğurlu işləri görmüşəm və bu gün də filankəs ayrı addımlar atır və sairə. Çox qəribədir ki, indi hamı təhsilin tənqidi ilə məşğul olur. Amma nəzərə almaq lazımdır ki, təhsildə bu gün atılan addım 10 ildən sonra bəhrəsini verir. Bu maşın istehsalı deyil ki, tez zamanda öz nəticəsini göstərsin. Biz təhsil sahəsində hər hansı yenilik etmək istəyiriksə, bunun üçün illər lazım olacaq. Təhsildə bir-iki ilə yüksək nailiyyət əldə etmək mümkün deyil. Bu gün Azərbaycanın uğurlu təhsil strategiyası mövcuddur. Bu strategiya da Təhsil Nazirliyi tərəfindən zaman-zaman həyata keçirilir”.

Ə.Vəliyev qeyd edib ki, təhsilin inkişafı ailədən başlayır: “Hər bir təşkilat və insan təhsilə bağlı olmalıdır. Ona görə də təhsildə hər hansı çatışmamazlıq olanda da bunun səbəblərini hər hansı insanın və ya idarənin üzərinə atmaq düzgün deyil. Bu gün cənab prezident təhsilin inkişafı məsələsini daim diqqətdə saxlayır. Artıq ölkə prezidenti və Heydər Əliyev Fondu tərəfindən Azərbaycanda təhsilin maddi bazası tam şəkildə düzəldilib. Bu gün artıq biz öz fəaliyyətimizi həmin baza üzərində inkişaf etdirə biləcəyik”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024