Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (8-03-2021, 17:53)
Azərbaycanın qadın nazir müavinləri kimdir? – DOSYE + FOTOLAR

Azərbaycanın qadın nazir müavinləri kimdir?
Azərbaycanda mövcud olan 17 nazirlikdə ümumilikdə 60 nazir müavini fəaliyyət göstərir.
Yeniavaz.com rəsmi məlumatlara istinadən xəbər verir ki, nazir müavinlərinin yalnız 4-ü və ya 6,6%-ni qadınlar təşkil edir.
Qeyd edək ki, bu ilin əvvəlində qadın nazir müavinlərin sayı 5 olub. Təhsil nazirinin müavini Məhəbbət Vəliyev bir ay əvvəl tutduğu vəzifədən azad olunub.
Hazırda qadın müavinlər İqtisadiyyat, Kənd Təsərrüfatı, Mədəniyyət və Səhiyyə nazirliklərində çalışır:

1. Həsənova Sevinc Telman qızı - İqtisadiyyat nazirinin müavini

Azərbaycanın qadın nazir müavinləri kimdir?

1971-ci ildə anadan olub. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun Maliyyə və kredit fakultəsini bitirib. Əmək fəaliyyətinə 1993-cü ildə Maliyyə Nazirliyinin Baş Büdcə İdarəsində iqtisadçı kimi başlayıb. 1993-2006-cı illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Baş Büdcə İdarəsi və Baş Dövlət Xəzinədarlığında iqtisadçı, baş iqtisadçı, şöbə müdiri vəzifələrində çalışıb, Nazirliyin Makroiqtisadi Siyasət Qrupunun üzvü olub, beynəlxalq təşkilatların dövlət investisiyaları, inkişafın proqramlaşdırılması üzrə layihələrində iştirak edib. Azərbaycan Respublikası Prezidentinin 6 iyul 2006-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini vəzifəsinə təyin olunub. Azərbaycan Respublikası Prezidentinin 13 mart 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini, 30 yanvar 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib. Ailəlidir, 2 övladı var.

2. İlhamə Novruz qızı Qədimova - Kənd təsərrüfatı nazirinin müavini

Azərbaycanın qadın nazir müavinləri kimdir?

İlhamə Qədimova 1975-ci ildə Bakı şəhərində anadan olub. 1993-2009-cu illərdə Türkiyə Respublikasının Ankara və Mərmərə Universitetlərində hüquqşünas ixtisası üzrə bakalavr, dövlət hüquqi üzrə maqistratura, doktorantura təhsili almış və hüquq elmləri üzrə doktor elmi dərəcəsi alıb. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür. 2010-2012-ci illərdə Prezident yanında Dövlət Qulluğu Komissiyasında hüquqi təminat şöbəsində baş məslətçi vəzifəsində çalışıb. 2012-ci il 18 dekabr tarixindən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Hüquqi təminat şöbəsinin müdiri vəzifəsində işləyib. 2018-ci ilin may ayından Kənd Təsərrüfatı Nazirliyinin hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb. Ailəlidir, 2 övladı var.

3. Əliyeva Nigar Ramiz qızı - Səhiyyə nazirinin müavini

Azərbaycanın qadın nazir müavinləri kimdir?

1969-cu ildə Bakı şəhərində anadan olub. 1976-1986-cı illərdə Bakı şəhəri 46 nömrəli orta məktəbdə təhsil alıb. 1986-cı ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun “müalicə işi” fakültəsinə qəbul olunmuş və 1992-ci ildə bitirib. 1993-cü ildən Respublika Diaqnostika Mərkəzində həkim fəaliyyətinə başlayıb və həmin müəssisədə 2006-cı ilədək həkim-terapevt vəzifəsində çalışıb. 2006-cı ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ümumi şöbənin müdiri vəzifəsinə təyin edilib. 2009-cu ildən bu günə kimi Azərbaycan Respublikasının səhiyyə nazirinin müavini vəzifəsində çalışır. 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Dövlət sosial siyasəti: mahiyyət, prioritetlər və həyata keçirilmə mexanizmləri” proqramı üzrə ixtisasartırma kursu keçib. 2013-cü ildə “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif edilib. 2016-cı ildə Əməkdar həkim fəxri adı ilə təltif edilib.

4. Sevda Məmmədəliyeva Yusif qızı - Mədəniyyət nazirinin müavini

Azərbaycanın qadın nazir müavinləri kimdir?

Bakı şəhərində akademik Yusif Məmmədəliyevin ailəsində anadan olub. Bakı Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirib. Milli Elmlər Akademiyasının aspiranturasını bitirdikdən sonra Akademiyanın elmi-tədqiqat institutlarında əvvəl kiçik elmi işçi, sonradan böyük elmi işçi vəzifələrində çalışıb. 1983-cü ildən Azərbaycan Memarlıq və İnşaat Universitetində pedaqoji fəaliyyətə başlayaraq, ardıcıl olaraq dosent, professor, kafedra müdiri vəzifələrindəişləyib. Fəlsəfə elmləri doktoru, professordur.
2001-ci ildə "Fəlsəfə" ixtisası üzrə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib. 1998-ci ildə prezident seçkilərində Heydər Əliyevin vəkili kimi iştirak edib. 1999-cu il ildən Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini, 2006-cı ildən isə mədəniyyət və turizm nazirinin müavinidir. 2016-cı ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Ailəlidir, bir oğlu var.
шаблоны для dle 11.2

Xəbər lenti
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024