Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (1-11-2014, 14:44)
Azərbaycanla Rusiya arasında sənəd imzalandı

 

Rusiyanın paytaxtı Moskva şəhərində Azərbaycan və Rusiya gömrük xidmətləri arasında ikitərəfli işçi görüş keçirilib

 

Dövlət Gömrük Komitəsindən(DGK) verilən məlumata görə, görüşdə Azərbaycan tərəfini DGK-nin sədr müavini Əsgər Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Görüşdə məqsəd “Rusiya Federasiyası Federal Gömrük Xidməti və Azərbaycan Dövlət Gömrük Komitəsi arasında 2015-2016-cı illərdə gömrük hüquqpozmaları ilə mübarizə sahəsində birgə fəaliyyət planı”nın müzakirəsi və imzalanması, həmçinin “Rusiya Federal Gömrük Xidməti və Azərbaycan Dövlət Gömrük Komitəsi arasında malların hava nəqliyyatı vasitəsilə daşınması ilə bağlı gömrük hüquq­pozmaları ilə mübarizə sahəsində qarşılıqlı fəaliyyət haqqında Protokol” layihəsinin müzakirəsi və gələcəkdə bu ölkələrin gömrük xidməti rəhbərləri tərəfindən imzalanması üçün hazırlıq işləri üzrə fikir mübadiləsinin aparılması olub.
Azərbaycan tərəfi Rusiya Federal Gömrük Xidmətinin Mərkəzi Aparatında Rusiya Federal Gömrük Xidməti rəhbərinin müavini Ruslan Davıdovun başçılıq etdiyi işçi qrupla görüşərək sözügedən məsələlər ətrafında müzakirələr aparıb.
Müzakirələrdən əvvəl Rusiya tərəfindən “Rusiya Federal Gömrük Xidmətində risklərin idarəolunması sisteminin tətbiqi” mövzusunda müvafiq təqdimat keçirilib və Rusiya gömrük orqanlarında risklərin profilləşdirilməsi və həmin profillər üzrə hüquqpozma faktlarının aşkar olunması təcrübəsi barədə məlumat verilib.
Daha sonra R. Davıdov çıxış edərək Rusiyanın Azərbaycan ilə sıx əməkdaşlıq çərçivəsində qarşılıqlı fəaliyyətindən, Azərbaycanın son illər ərzində sürətli inkişafından danışıb və Azərbaycanın qonşu ölkə kimi strateji tərəfdaş olduğunu vurğulayıb. R. Davıdov “Rusiya Federasiyası Federal Gömrük Xidməti və Azərbaycan Dövlət Gömrük Komitəsi arasında malların hava nəqliyyatı vasitəsilə daşınması ilə bağlı gömrük hüquq­pozmaları ilə mübarizə sahəsində qarşılıqlı fəaliyyət haqqında Protokol” layihəsinin milli qanunvericiliyə uyğun olaraq dövlətdaxili prosedurlardan keçməsi üçün aidiyyəti tədbirlərin görülməsinin vacibliyini bildirib.
Daha sonra “Rusiya Federal Gömrük Xidməti və Azərbaycan Dövlət Gömrük Komitəsi arasında 2015-2016-cı illərdə gömrük hüquqpozmaları ilə mübarizə sahəsində birgə fəaliyyət planı”nın razılaşdırılmış layihəsi ətrafında müzakirələr aparılıb və həmin sənəd imzalanıb.
Görüşün sonunda isə Rusiya və Azərbaycan gömrük orqanları tərəfindən 2013-2014-cü illər üzrə təsdiq olunmuş eyni adlı Tədbirlər Planının bəndləri üzrə icra vəziyyəti barədə məruzələr dinlənilib, gələcəkdə bu sahədə birgə fəaliyyətin gücləndirilməsinin vacibliyi vurğulanıb.
шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024