Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (26-02-2021, 18:07)
Kremlə təcili ZƏNG: - “Putin Paşinyanı itaətkar hala salır”

Kremlə təcili ZƏNG:
Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyanın telefon danışığı olub.
Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Telefon danışığı Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub.
“Danışıqlar zamanı Ermənistandakı vəziyyət müzakirə olundu. Putin Ermənistanda asayişin və əmin-amanlığın qorunması, vəziyyətin qanun çərçivəsində həll edilməsi lehinə danışdı. Dövlət başçısı, həmçinin, bütün tərəfləri təmkinli olmağa çağırdı”, – deyə Peskov bildirib.

Görünür, Paşinyan köhnə adətindən əl çəkmir. Yenə telefonu əlindən yerə düşmür. Bu isə “quyruğunun qapı arasında qalmasının” göstəricisidir...

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Ermənistan baş nazirinin Putinə zəngi barədə “Mediatv.az”a danışdı:

“Paşinyan bu zənglə rəqiblərinə göstərmək istəyirdi ki, Kreml qanuni hökuməti tanıyır. Onun bu günlərdə Vaşinqtonla, Parislə təmasa girəcəyini də istisna etmirəm. Bildiyiniz kimi, Rusiya dövlət başçısı ümumi sözlər deməklə, sabitlikdə maraqlı olduğunu bildirməklə kifayətləndi. Əslində, həqiqətən, belədir. Putinin Paşinyandan xoşu gəlməsə də, vətəndaş qarşıdurmasının başlanmasında maraqlı deyil. O, Ermənistan baş nazirini cəzalandırır. Məqsədi isə Paşinyanı tamamilə itaətkar etməkdir”.

E.Şahinoğlunun fikrincə, Ermənista iqtidarının vəziyyəti getdikcə çətinləşəcək:

“Paşinyan məğlub ölkənin baş naziri olsa da, reytinqi az deyil. Dünənki mitinqdə müxalifətin 5 min, Paşinyanın isə 10 min tərəfdarının olması dediyimiz fikrin təsdiqidir. Deməli, baş nazirə dəstək var. Amma o, hakimiyyətdə qalmağı bacarsa da, vəziyyəti getdikcə çətinləşəcək. Çünki ölkədə iqtisadi vəziyyət pisləşir. Erməni generalların iqtidara qarşı itaətsizliyi də ciddi məsələdir. Bunun Moskvanın razılığı ilə reallaşdığı qənaətindəyəm”.
шаблоны для dle 11.2

Xəbər lenti
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024