Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (16-01-2021, 18:30)
Bu sahədə gücümüzü 3 dəfə artırdıq - Ərdoğan

 Türkiyənin inkişafı üçün ən vacib məqamlardan hesab etdiyimiz elektrik enerjisindəki gücümüzü son 18 il ərzində ildə 3 dəfə artıraraq 96 min meqavata çatdırdıq. 2002-ci ildə cəmi 18 meqavat olan geotermal enerji gücümüz bu gün 1613 meqavata çatıb. Bu rəqəmlərlə Türkiyə geotermal enerji sahəsində Avropada ilk, dünyada isə 4-cü pilləyə yüksəlib.
"Mediatv.az" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Manisa vilayətində enerji və təbii resurslarla bağlı layihələrin açılış mərasimində çıxışı zamanı səsləndirib.
"Bugünkü enerji gücümüzün 63,5 faizi yerli mənbələrə əsaslanır. Bu nisbətin 51,7 faizi bərpaolunan enerji mənbələrinə, yəni, təmiz enerjiyə aiddir. Hədəfimiz Türkiyəni yalnız istehsalda deyil, eyni zamanda, bərpaolunan enerji texnologiyaları sahəsində də mərkəzi ölkə halına gətirməkdir", - Ərdoğan qeyd edib.шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024