Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (25-09-2014, 20:53)
Fazil Mustafa onu təhqir edən mollanı məhkəməyə verir - AÇIQLAMA

 

“Mənə “vəhhabi” deyən mollanın adını hələ müəyyənləşdirə bilməmişik. Adını öyrənsək o, cəzasını alacaq. Bununla bağlı məhkəməyə də müraciət edəcəyik. Çünki o, bunun bədəlini ödəməlidir”.

Bunu Hafta.az-a açıqlamasında son günlər Bakıxanov qəsəbəsində yas mərasimi zamanı onu “vəhhabi” adlandıran molllalar barəsində münasibət bildirərkən millət vəkili Fazil Mustafa deyib. Milli Məclis üzvünün sözlərinə görə, son günlər ona sosial şəbəkələrdən də ittihamlar gəlməyə başlayıb:

“Güney Azərbaycandan Şanlı Yıldırım adlı bir şəxs peyda olub. Əslində bu şəxs "başdanxarab"ın biridir. Guya mənim fikirlərim bunun xoşuna gəlmir. Hətta mənim fikirlərim guya onların bütöv Azərbaycan yaratmaq amalına mane olur”.

Millət vəkili həmçinin bildirib ki, əsl adı–soyadı məlum olmayan bir şəxs onun milli kimliyini də şübhə altına alıb: “Bu adam məni hətta yəhudi adlandırıb. Araşdırıb gördük ki, o, Azərbaycanda deyil. Ya İrandadır, ya da Türkiyədə yaşayır. Əslində bunun kimi başıpozuqlar bu cür amalların gələcəyini kölgə altına qoyur. Xaraktercə qorxaq adam olduğu üçün heç adını da açıqlamır”.

Fazil Mustafanın sözlərinə görə, son günlər bu cür qarayaxmalara məruz qalan tək o deyil: “Hədəfdə olan tək mən deyiləm. Araşdırmaçı yazar Güntay Gəncalp da bu tipli təhqirlərə məruz qalır”.

Xatırladaq ki, Bakıxanov qəsəbəsində yas məclisini aparan molla, ehsanların yığışdırılması ilə bağlı danışarkən, nədənsə birdən millət vəkili Fazil Mustafanı “vəhhabi” adlandırıb. Yayılan məlumata görə, adı açıqlanmayan molla yaslarda yemək yeməyin bizim milli adətimiz olduğunu deyib. Naməlum molla daha sonra ehsan verməməyi təbliğ edənlərin vəhhabilər olduğunu vurğulayıb və onların başında da Fazil Mustafa dayandığını deyib. 

шаблоны для dle 11.2

Xəbər lenti
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024