Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (25-09-2014, 19:59)
"Hafka"nın məhkəmə dosyesi mətbuata sızdırıldı-SƏNƏD

Azərbaycanlı oliqarx, "Hafka” ləqəbi ilə tanınan Hafiz Məmmədovun "Şeffild Uensdey”i alıb, sonradan klubun səhmlərinin 100 faizi üçün 40 milyon funt-sterlinq (təxminən 50 milyon avro) vəsaiti ödəməkdən imtina etməsi və ingilis klubunun sahibi və prezidenti, serb əsilli iş adamı Milan Mandariç Hafiz Məmmədovu məhkəmə verməsi haqda xəbər vermişdik.
Artıq "FutbolPress.az” həmin məhkəmə sənədlərinin üstünü açıb və "Hafka” haqqında yayılan iddiaların doğru olduğunu aşkara çıxarıb.
Belə ki, "Hafka” məlum müqaviləni pozduğu üçün 2014-cü ilin sentyabrın ayının 1-də "Şeffild Uensdey”in vəkili Çarlz Makkenzi Tomsun tərəfindən London ali məhkəməsinin nəzdində Hakimlər məclisi bölməsinin Ticarət məhkəməsinə verilib.
Məhkəməyə birinci maddi sübut kimi "CMT-1” sənədi təqdim olunub.
Həmin sənədin ingilis dilindən azərbaycan dilinə çevirməsini sizə təqdim edirik:
İddiaçı
Çarlz Makenzi Tomson
Birinci maddi sübut "CMT-1”
1 sentyabr 2014
İddia ərizəsi no. 2014/Folio 1040
London ali məhkəməsinin nəzdində
Hakimlər məclisi bölməsi
Ticarət məhkəməsi
İddiaçı
Sheffield Wednesday Football Club LTD
Cavabdeh
KSM Azerbaijan MMC
Arasında
Şahid Çarlz Makenzi Tomsonun
Şahid qismində birinci ifadəsi
Mən vəkil Çarlz Makenzi Tomson (ünvan: 100 New Bridge Street EC4V 6JA, London)
1. Bildirirəm ki, bu prosesdə iddiaçı qismində çıxış edən Sheffield Wednesday Football Club Ltd-nin (şirkət nömrəsi: 02509978, bundan sonra "İddiaçı”, yaxud "SWFC Ltd”) hüquqi nümayəndəsi Baker & McKenzie LLP-nin ortağıyam. İddiaçının yerinə bu prosesdə çıxış etmək icazəsi mənə verilib. Həmçinin UK Football Investments MMC ("UKFI”) üçün dəeyni səlahiyyətlər mənə verilib.
2. Əksi göstərilmədiyi halda, bildirmək istərdim ki, bu ifadədəki bütün sözlər mənə aiddir və burda sadəcə doğru faktları göstərirəm. Özümdən xaric hansısa mənbəyə istinad edəcəyəmsə də, həmin mənbəyə istinad mənim iradəmin nəticəsində reallaşacaq.
3. Bu şahid ifadəsindəki "CMT-1” kimi etiketlənən maddi sübutlar toplusu, müraciət olunan sənədlərin həqiqi nüsxəsidir. Kvadrat mötərizədə göstərilən istinadlar (məs: [2]) həmin sənəddəki səhifə nömrəsini göstərir.
4. Bu ifadə İddiaçının ərizəsinə uyğun olaraq Mülki Məcəllənin 6.37 və 6.36 bəndlərinə istinadən çıxarılmış qərarla müvafiqdir:
(a) İddiaçıya prosesin gedişatında M.F. Axundov 179 ünvanında yerləşən cavabdehə qarşı iddia ərizəsi və digər sənədlərlə çıxış etməyə icazə verilir. Bu qərar, qarşı tərəfin Azərbaycanda yerləşən istənilən digər ünvanlarına şamil oluna bilər
(b) Cavabdeh,
(İ) iddia ərizəsini aldıqdan sonra 22 gün müddətində Mülki Məcəllənin 10-cu qaydasına uyğun olaraq bildirişin alınmasına dair təsdiqnamə verməli və/ və yaxud 14-cü qaydaya müvafiq olaraq Müraciət formasını
doldurmalıdır. (İİ) bildirişin alınmasına dair təsdiqnaməni iddiadan müdafiə olunmaq məqsədilə doldurubsa bu, ən gec iddianın əlavələrinin qəbulundan 28 gün sonraya qədər sonlandırılmalıdır.
İlkin müddəalar
5. "UKFI” Delaveyr-də (Delaware, ABŞ) qurulan və hələ də orda fəaliyyətini davam etdirən şirkətdir. Şirkət, "SWFC Ltd” səhmlərinin 100%-ə nəzarət edir. "Şeffild Uenzdey” Futbol Klubu da sonuncunun
tərkibində İngiltərə və Uelsdə fəaliyyət göstərir.
6. Cavabdeh, KSM Azerbaijan MMC (bundan sonra KSM yaxud Cavabdeh) Azərbaycanda qurulan və orda fəaliyyət göstərən şirkətdir.
7. Cənab Məmmədov məşhur Azərbaycanlı biznesmendir. "Şeffild Uenzdey” idarəçisi c ənab Milan Mandariçin dediklərindən belə başa düşürəm ki, cn. Məmmədov ("SWFC Ltd” səhmlərini almağı təklif edib) ona, cavabdeh tərəfin səlahiyyətli nümyəndəsi olduğunu və həmin tərəfin adına onun idarəçisi olduğu şirkət arasında sponsorluq müqaviləsi bağlamağı təklif edib (daha ətraflı aşağıda).
8. Öhdəliklərin yerinə yetirilmədiyi üçün "Şeffild Uenzdey” komandasının sponsorluğuna "SWFC Ltd” və KSM arasındakı 24 iyun 2014 tarixli müqavilə sonlandırılmışdır. Əsas iddia müqavilənin pozulmasından doğan zərərin ödənməsidir ("Sponsorship Agreement”/”Sponsorluq müqaviləsi” )[s. 1-3].
9. Başqa iddia isə budur; UKFI və cn. Məmmədov arasında "SWFC Ltd” səhmlərinin 100%-nin alqı-satqısı barədə 30 aprel 2014 tarixli müqavilə yenə eyni səbəblərdən pozulub("SPA”)[s. 4-7]. Hər iki müqavilə arasında müəyyən əlaqələr olsa da, Alqı-satqı müqaviləsindəki digər müddəalar başqa prosesin predmetidir və onlar burda əhatə
olunmayacaq.
10. Alqı-satqı müqaviləsinə görə, cn. Məmmədov iddiaçı tərəfə müəyyən məbləğ ödəməyi qəbul etmişdir. Prosesin əhəmiyyəti baxımından bildirim ki, cn. Məmmədov UKFI-yə "SWFC Ltd”nin səhmlərinin 100 %-in satışı üçün 35 milyon İngiltərə funtu ödəməyi qəbul eləmiş, bundan əlavə olaraq işləmə kapitalı kimi "SWFC Ltd”-yə daha bir milyon funt
köçürmüşdür.
Alqı-Satqı müqaviləsinin şərtləri
Şərt 1
Satıcı (UKFI) Sheffield Wednesday Football Club-un səhmlərinin 100%-I alıcıya (cn. Məmmədov) satacaq, alıcı da həmin miqdardakı səhmləri satıcıdan alacaq. Ödəmə iki partiyalı olacaq. İlk hissə 6 iyundan əvvəl, ikinci isə 6 avqust 2014 tarixindən əvvəl ödəniləcək. Bundan sonra səhmdarın dəyişdirilməsi barədə məsələ Futbol Liqasına təsdiq
üçün göndəriləcək.
Şərt 2
Səhmlərin 100 %-inin alışına görə alıcı satıcıya ümumilikdə 35 milyon İngiltərə funtu, işləyiş kapitalı kimi isə daha 1 milyon funt köçürəcək. İlkin ödəmə belə olacaq
(i) 6 iyun 2014 tarixinə kimi 7 milyon funt - bölgü aşağıdakı kimi
(ii) 6 milyon funt UKFI-yə
(iii) 1 milyon funt 2014/15 mövsümünə hazırlıq və digər klub
xərclərinin ödənilməsi üçün "SWFC Ltd”-yə
11. Alqı-satqı müqaviləsindən sonra tərəflər, bu dəfə birbaşa "SWFC Ltd” və KSM formasında Sponsorluq Müqaviləsini imzalamışlar. Sponsorluq müqaviləsinin əsas məqsədiysə cn. Məmmədovun Alqı-satqı
müqaviləsində göstərilən 1 milyon funtu köçürmək öhdəliyini digəri ilə əvəz eləmək olub.
12. Sponsorluq Müqaviləsinin pozulmağı KSM-in öhdəlik götürdüyü tərəfə pulu ödəməməyi ilə nəticələnib. Mənə belə məlumat veriblər ki, cn. Məmmədov şifahi olaraq həmin məbləği ödəyəcəyini, yaxud ödədiyini dəfələrlə bildirmiş olsa da, nəticə olaraq ödəməyib. Bununla belə 6 avqust 2014 tarixində firmamız tərəfindən cavabdeh tərəfə tələbnamə göndərilib. İddiaçılar bütün bunları nəzərə alaraq müqavilələrin (Alqı-satqı, sponsorluq) öhdəliklərinin yerinə yetirilməməyi və ozulmağından onlara dəyən ziyanın ödənməyini tələb edir.
KSM-ə müraciət üçün ünvan
13. Sponsorluq Anlaşmasında KSM-nin nə ünvanı göstərilmiş, nə də hüquqi statusu qeyd olunmuşdur.
Lakin,
(i) cn. Mandariçlə söhbətimdən belə məlum oldu ki, cn. Məmmədov ona deyib ki, KSM Azərbaycanda fəaliyyət göstərir. Bunu KSM-in vebsaytındakı ([s. 11]) və Bakıdakı kolleqalarımın axtarışından sonra
əldə eləmişəm.
(ii) 6 avqust 2014 tarixində veb saytda göstərilən ünvana yazaraq, KSM-dən ödənilməli məbləği tələb etdim. Lakin Bakıdakı kolleqalarımın axtarışları nəticəsində məlum oldu ki, şirkət Bakıda daha bir neçə ünvanda qeydiyyatdan keçib. Hər ehtimala qarşı, bu ərizə KSM-ə aid
Bakıdakı bütün adresləri əhatə etməyinizi istəyir.
Mülki Məcəllənin 6B.3.1 bəndindən metod çıxarışı
14. Cavabdeh tərəfə qarşı ortaya qoyulan müzakirəyə açıq fakt
a) Sponsorluq Müqaviləsi İngiltərə qanunlarının nəzarəti altındadır. Müqavilənin predmeti SWFC Ltd olduğuna görə İngiltərə qanunlarına qarşı öhdəlik daşınılır.
b) Sponsorluq müqaviləsi alqı-satqı müqaviləsinin nəticəsində ortaya çıxıb. Burda hansısa bir maddə əhatə olunmadığına görə, hadisə İngiltərə və Uels ərazisində baş verdiyi üçün İngiltərə qanunlarının predmeti sayıla bilər.
c) Sponsorluq müqaviləsinin pozulması məhkəmə prosesinin nəticəsi olduğu üçün, SWFC-nin İngiltərədə yerləşən Barclay bankındakı hesabına 1 milyon ödənilməlidir (PD 6b.3.1(7)).
d) Sponsorluq müqaviləsi SWFC Ltd tərəfindən, qanunlar çərçivəsində, İngiltərədə imzalanmışdır (baxmayaraq ki, KSM Azərbaycanda imzalayıb).
(PD 6b.3.1(6)(a)).
İddianın təmin olunmağı üçün İngiltərə məhkəmələri ən düzgün seçimdir.
15. Sponsorluq müqaviləsinə dair iddia İngiltərə ilə əlaqədardır. Müqavilə İngiltərədə imzalanıb və cn. Məmmədovun "Şeffild Uenzdey”I almağından sonra ərsəyə gəlib. SWFC Ltd ilə müqavilənin yerinə yetirilməsi də məhz bu yurisdiksiyada (səlahiyyət arealı) baş verib.
16. İddiaçı aşağıdakılarda görə olduqca güclü mövqedədi.
a) Cn. Məmmədov klubu almaq barədə razılığa gəlmiş və Şeffild Uenzdeyin iş kapitalının ödənişinin təmin edəcəyini bildirmişdir.
b) 30 may 2014-də fiziki şəxs kimi alqı-satqı müqaviləsini, 24 iyun 2014 tarixində isə KSM-nin təmsilçisi kimi sponsorluq mqaviləsini imzalamışdır.
c) KSM heç vaxt Sponsorluq müqaviləsinin qanuniliyini inkar eləməmişdir. Bu müqavilənin nəticəsində ortaya çıxan ödəmə öhdəliyini yerinə yetirməməyinin heç bir qanuni əsası yoxdur. 1milyon funt normal tələbnamə 6 avqustda KSM göndərilib. KSM-in ödəmək məhdudiyyəti haqda heç bildiriş yoxdur
d) SWFC Ltd müqavilənin şərtlərinə daim əməl etmişdir. Və müqavilənin tərəfi kimi, İngiltərə qanunlarına uyğun davranmışdır.
e) Daha çox dəlil toplamaq lazım gələrsə İddiaçı və onun təmsilçisi kimi çıxış edənlər İngiltərədə yaşayırlar, yaxud İngiltərə mənşəlidirlər, yaxud ingilis dilində yaxşı danışırlar. Eləcə də cn. Məmmədov yaxşı səviyyədə ingilsi dili bilir və tez-tez İngiltərəyə gəlir.
17. 5 və 12 ci maddələrdə cavabdeh və müdafiəçi arasında həll olunmalı məsələlər barədə məlumat verilib. 1 milyon funtluq ödənilməmiş məbləğ Sponsorluq Müqaviləsinin şərtlərinə görə SWFC Ltd-yə ödənilməlidir. SWFC Ltd daim müqavilənin şərtlərinə uyğun davranmış və KSM-nin öz öhdəliklərini yerinə yetirmədiyinə görə ziyana
uğramışdır
Bu isə Fafiz Məmmədovun işi üzrə məhkəmə təqdim olunan sənədlərin ingilis dilində bir neçə nüsxəsidir:

















 


 

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024