Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (25-09-2014, 18:55)
Elmar Məmmədyarov Helen Klark ilə görüşdü

Azərbaycanın xarici işlət naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində BMT-nin İnkişaf Proqramının rəhbəri xanım Helen Klark ilə görüşüb

 

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş əsnasında H.Klark Azərbaycanın BMT-nin İnkişaf Proqramı ailəsinin fəal və faydalı üzvlərindən biri olduğunu qeyd edərək, oktyabrın sonunda Bakıda keçiriləcək Qlobal Gənclər Forumunda iştirak üçün Azərbaycana səfərinin mühüm əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb. O, Azərbaycanı orta gəlirli inkişaf etməkdə olan ölkə kimi görməkdən, Azərbaycanın inkişaf səviyyəsindən və ölkənin beynəlxalq arenada aktiv rol oynamasından məmnunluğunu ifadə edib.
E.Məmmədyarov xanım H.Klarkın Azərbaycana səfərinin BMT-nin İnkişaf Proqramı və Azərbaycan höküməti arasında ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi baxımından zəruri olduğunu deyib.
Nazir əlavə edib ki, ölkəmiz humanitar və sosial-iqtisadi çətinlikləri aradan qaldırmaq üçün yardıma ehtiyacı olan inkişaf etməkdə olan ölkələrə yardım etmək məqsədilə AIDA (Azerbaycan International Development Agency) təşkilatını yaradıb və inkişaf etməkdə olan donor ölkə statusu qazanıb. O, indiyədək Latın Amerikası, Afrika və Asiyanın 30-dan artıq ölkəsinin bu humanitar yardımdan bəhrələndiyini diqqətə çatdırıb.
H.Klark Azərbaycanın informasiya və kommunikasiya texnologiyaları sahəsində də ciddi nailiyyətlər əldə etdiyini deyərək, bu sahənin BMT İnkişaf Proqramı ilə Azərbaycan arasında strateji əməkdaşlığın gücləndirilməsində əhəmiyyətli rola malik olduğunu bildirib.

 

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub. 
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024