Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (25-09-2014, 16:44)
İsa Qəmbər sabah vidalaşır

İsa Qəmbər sentyabrın 26-da Müsavat başqanı kimi sonuncu mətbuat konfransını keçirəcək

 

Başqanın müavini Gülağa Aslanlı “Media forum” saytına açıqlamasında bildirib ki, İsa Qəmbər mətbuat konfransında partiyanın 27 sentyabr qurultayı haqda sualları cavablandıracaq: 
“Jurnalistlərdən qurultayla bağlı xeyli müraciət alırıq. İsa Qəmbər bütün suallara cavab verəcək. Mətbuat konfransı saat 12-də partiya qərargahında olacaq”.
Müsavat Partiyası sentyabrın 27-də Əmircan qəsəbəsindəki Səttar Bəhlulzadə adına mədəniyyət evində səkkizinci qurultayını keçirəcək. Qurultayda yeni başqan seçiləcək. Başqanlığa dörd namizəd var. Bunlar Arif Hacılı, Qubad İbadoğlu, Tural Abbaslı və Səxavət Əlisoydur.
İsa Qəmbər 1957-ci ildə doğulub. Fəal siyasətə 1988-ci ildən qoşulub. Milli azadlıq hərəkatının liderlərindən biridir. 1992-93-cü illərdə Milli Məclisin sədri olub. 1992-ci ildən Müsavat Partiyasının başqanıdır.
1992-ci ilin noyabrında Bakıda keçirilən bərpa qurultayında partiya başqanı seçilən İsa Qəmbər 1995, 1997, 2001 və 2006-cı illərdə keçirilən qurultaylarda da başqan postuna təsdiqlənib.

 

2001-ci ildə Müsavatın nizamnaməsinə edilmiş dəyişiklik eyni şəxsin iki müddətdən artıq başqan seçilməsini yasaqlayır və beləliklə, sentyabrın 27-də keçiriləcək 8-ci qurultayda İsa Qəmbər başqanlığa namizədliyini verməyib.
шаблоны для dle 11.2

Xəbər lenti
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024