Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (18-09-2014, 20:53)
Elmar Vəliyevin “sağ əli”nin həbsinə hazırlıq görülür

Elmar Vəliyevin “sağ əli”nin həbsinə hazırlıq görülür

 

Sentyabrın 10-da Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad olunmuş Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinin başçısı Məharət Mustafayev barəsində Göygöl rayon hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. 

 

“Bizim yol”un məlumatına görə, M.Mustafayev hələ icra başçısı vəzifəsində çalışarkən Göygöl rayon bələdiyyəsinin sədri ilə dalaşıb.

Münaqişə zəminində bələdiyyə sədrinə bədən xəsarətləri yetirmiş M.Mustafayev barəsində polis şöbəsinə və prokurorluğa şikayət olunub. Daha sonra məsələ böyüyüb, olayla bağlı baş prokuror Zakir Qaralova məlumat verilib. Hadisə prezidentə məruzə olunduqdan dərhal sonra M.Mustafayev tutduğu vəzifədən azad olunub. Hazırda Göygöl Rayon Prokurorluğunda onun barəsində araşdırma aparılır. Bu, M.Mustafayevin ilk zorakı hərəkəti deyil. 

2012-ci ilin dekabrında Məharət Mustafayev Gəncə şəhərində yerləşən Xatirə parkında Gəncə şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşı, yol-patrul inspektoru Vüqar Sultanovu nalayiq sözlərlə təhqir etmişdi. Polis icra başçısına narazılığını bildirdikdə M.Mustafayev ona əl qaldırmışdı. Həmi vaxt M.Mustafayevi ölkə rəhbərliyinin qəzəbindən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev yayındıra bilmişdi. M.Mustafayevin son zorakı hərəkəti isə E.Vəliyevi çox pis duruma salıb. 

Belə ki, ölkə rəhbərliyində M.Mustafayevin E.Vəliyevin “sağ əli” olması haqda kifayət qədər məlumat var. Onun zorakılıqlara qol qoymasında E.Vəliyevə arxalanması da hakimiyyətdəkilərə məlumdur. Odur ki, M.Mustafayevin zorakı hərəkətində E.Vəliyevin rolu da müzakirə mövzusu olub. Lakin E.Vəliyevin mənsub olduğu klan onu qınaqlardan bu dəfə də kənarda saxlaya bilib. E.Vəliyev ona bildirilən iradla kreslosunu qoruya bilsə də,  M.Mustafayevi qurban verməli olub.///musavat.com

шаблоны для dle 11.2

Xəbər lenti
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
17 04 2024
17 04 2024
17 04 2024