Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (18-09-2014, 12:05)
Müsavatdakı kampaniyaya başqaları niyə qarışır?

Müsavat partiyası başqanlığı uğrunda yarış davam edir. Başqanlığa namizəd olan dörd nəfər iddiaçının partiya daxilində dəstəklənməsi də bəlli bir məsələdir. Lakin Müsavat partiyasına aidiyyəti olmayan, mühacirətdə olanların bu təbliğata qoşulması də cəmiyyətdə maraq doğurub. 

 

“Mediatv.az” xəbər verir ki, başqanlığa namizəd iqtisadçı Qubad Ibadoğlu “Azadlıq” qəzetinə deyib ki, əslində, bu, partiyadaxili bir seçkidir. Bu istiqamətdə fikrini bölüşənlər də partiyada təmsil olunan və yaxud partiyanın yaradılmasında iştirak etmiş  şəxslər, onun qurucuları olmalıdır: “Bu baxımdan onlara üstünlük veririk. Yəni partiyanı yaradanlar, onun qurucuları, hazırda orada fəaliyyət göstərənlərin fikirlərinə daha çox üstünlük veririk. Çünki bu, partiyadaxili seçkilərdir”. 

Müsavatçı Səxavət Əlisoy məsələyə münasibət bildirərək qeyd edir ki, xaricdən olan dəstəklər əslində heç bir əhəmiyyəti olmayan müdaxilədir. Həmsöhbətimizə görə məlum müraciətlərdə müəyyən saxtakarlıq faktları baş verib. Səxavət bəy  söyləyir ki, Avropada, Almaniya və xüsusilə də Hollandiyada yaşayanlar Müsavat partiyasına heç dəxli olmayan şəxslərdir: “Dəstək verən insanların bəziləri ilə özəl münasibətlərim var. Həmin şəxslər sonra mənimlə əlaqə saxlayaraq situasiyanın belə olduğunu demirlər və tamamilə başqa söhbətlər edib ortaya qeyri nəticə çıxarırlar. Bu özü bir araşdırma mövzusudur. Ümumilikdə götürəndə, Avropadan dəstək sözünün özü böyük səslənir. Avropadan dəstək deyəndə, artıq Avropa Şurası, Avropa Birliyi assosiasiya olunur. Amerikadan dəstək deyəndə Barak Obama assosiasiya olunur. Bunlar hamısı boş, qara quruşa dəyməyən söhbətlərdir. Dəstək söhbətini həll edən qurultay nümayəndələridir”.

шаблоны для dle 11.2

Xəbər lenti
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024