Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (14-09-2014, 18:55)
İsgəndər Həmidov yeni sədr axtarır: “Yaşlanmışam, partiyanın rəhbərliyindən gedə bilərəm”

 

“Oktyabrın axırlarında qurultayımız olmalıdır. Yer ayırmasalar qurultayı meşədə keçirəcəyimizi açıqlamışdıq. Lakin hökumət qüvvələri gəlib meşələri də axtarmağa başladı”. BunuModern.az saytına Milliyyətçi Demokrat Partiyasının (“Boz qurd”)  qurultaya hazırlıq üzrə təşkilat komitəsinin sədri, sabiq daxili işlər naziri İsgəndər Həmidov deyib. 

O, partiya daxilində Qələndər Muxtarlı ilə Tufan Kərimli arasında yaranan fikir ayrılıqlarının qurultaya təsirindən də danışıb. Keçmiş nazirin sözlərinə görə, hər iki şəxsə hörmətlə yanaşsa da, heç biri Milliyyətçi Demokrat Partiyasında təmsil olunmurlar: “Çünki Tufan Kərimlinin öz dəsti-xətti var. Qələndər bəy də kifayət qədər ağıllıdır, yəqin ki, o da özünə partiya yaradacaq”.

Təşkilat komitəsinin rəhbəri hazırda partiyaya özünün sədrlik etdiyini bildirib. Onun sözlərinə, qurultayda sədrlik postundan gedə bilər: “Kimin sədr ola biləcəyini fikirləşirik. Mənim sədrliyi kiməsə verib-verməməyim də hələ ki sual altındadır. Amma onu bilirəm ki, kifayət qədər yaşlanmışam. Ən əsası odur ki, hədəfləri düzgün seçək. Partiyamızın ən yaxın müttəfiqləri  Müsavat, KXCP və AXCP-dir”.

Xatırladaq ki, Milliyyətçi Demokrat Partiyası iki qanada bölünüb. Partiyanın bir qanadına Qələndər Muxtarlı, digərinə Tufan Kərimli sədrlik edir. İsgəndər Həmidov isə partiyaya hazırda özünün sədrlik etdiyini söyləyir.

шаблоны для dle 11.2

Xəbər lenti
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024