Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (15-02-2019, 13:00)
Rusiyalı keçmiş deputat köməkçisi Əliyev və Putinin imzasını saxtalaşdırdı

Rusiyada hüquq-mühafizə orqanları əməkdaşları məmur vəzifələri “satan” Dərbənd şəhər sakinini saxlayıb.
Bu barədə AİF məlumat yayıb.
32 yaşlı Beytulla Cavadovun dələduzluq əməllərində 10-a yaxın insanın zərərçəkdiyi müəyyən edilib. Bu “xidmətlərinə” görə fırıldaqçı zərərçəkənlərin hər birindən azı 15 milyon rubl (380 min manata yaxın – red.) pul alıb.
Məmur postlarının “satışı” ilə Cavadov hələ Dağıstan Milli Məclisinin deputatı Lelya Kərimovanın köməkçisi işlədiyi vaxtdan məşğul olmağa başlayıb. “Müştərilərinə” öz imkanlarını sərgiləmək üçün Azərbaycan və Rusiya prezidentləri adından saxta fəxri fərmanlar, respublikanın yüksək vəzifəli rəsmiləri ilə çəkdirdiyi şəkilləri və adı üzərində yazılmış bahalı saatları göstərib.
Məsələn, təhsil nazirinin müavini vəzifəsi üçün dərbəndli dələduz 4 milyon rubl (təx. 100 min manat – red.) istəyib, rayon başçısının təyinatı üçün 2-3 milyon rubl (50-75 min manat –red.),  baş nazir vəzifəsi üçün isə cəmi 5 milyon rubl  (təx.130 min manat – red.) pul tələb edib.
Bundan başqa, B.Cavadov bəzi zərərçəkənlərə pul müqabilində dövlət proqramı əsasında evlə təmin olunmalarına vasitəçilik etməyi vəd edib. Əlil uşağı olan valideynlər mənzilin verilməsi prosesini “sürətləndirmək” üçün ona 300 min rubl (təx. 8 min manat –red.) ödəyib.
Cavadov fevralın 11-də saxlanılıb və ona qarşı Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 91-ci maddəsinə əsasən, cinayət işi açılıb.
шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024