Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (11-02-2019, 19:30)
Məmmədyarov: Azərbaycan danışıqlar xatirinə danışıqlara qarşıdır

 Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ölkəmin mövqeyi ən yüksək səviyyələrdə bütün platformalarda səslənib. Münaqişə Azərbaycanın beynəlxalq tanınan sərhədləri, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əsasında nizamlanmalıdır.
Bu fikirləri “Korea Times” nəşrinə müsahibəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov səsləndirib.
Nazirin sözlərinə görə, Azərbaycanın mövqeyinin hüquqi əsaslarını BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul olunmuş dörd qətnaməsi və digər beynəlxalq təşkilatların, o cümlədən, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama hərəkatı, NATO, Avropa Parlamenti və digər təşkilatların çoxsaylı qətnamələri və qərarları, həmçinin, ikitərəfli və ya çoxtərəfli formatlarda qəbul olunan digər müştərək sənədlər təşkil edir.
“Təəssüf ki, uzun illər ərzində aparılan danışıqlar hər hansı nəticə verməyib. Lakin hazırda Ermənistanda baş verən dəyişikliklər, Azərbaycan prezidenti ilə Ermənistan baş naziri arasında aparılan söhbətlər, həmçinin, ermənistanlı həmkarımla keçirdiyim dörd görüş, danışıqlar prosesinin irəliləməsi üçün müəyyən zəmin yaradır.
ATƏT-in Minsk qrupu həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında yanvarın 16-da Parisdə keçirdiyi görüşlə bağlı jurnalistlər qarşısında səsləndirdiyi bəyanatda, tərəflərin nəticəyə hədəflənmiş intensiv danışıqlar üçün əlverişli mühitin yaradılması cəhdlərini yüksək qiymətləndirdi.
Bəyanatda vurğulanır ki, hər iki tərəf əhalinin sülhə hazırlanması üçün konkret ölçülərin vacibliyini qəbul edir. Bəyanatda göstərilib ki, tərəflər danışıqlar prosesinə güclü təkan vermək məqsədilə Azərbaycan və Ermənistan liderləri arasında potensial zirvə toplantısını nəzərdən keçirir.
Vurğulamaq istəyirəm ki, Azərbaycan danışıqların konkret nəticələrini görmək istəyir, danışıqlar xatirinə danışıqların tərəfdarı deyil. Bu, bizim prinsipial mövqeyimizdir. Ümumilikdə, qeyd etmək istərdim ki, Ermənistanın indiki rəhbərliyi münaqişənin “yaxşı qonşuluq” fəlsəfəsi əsasında nizamlanması üçün siyasi iradə ortaya qoymalıdır, regionda sülh, sabitlik və davamlı inkişaf naminə hərəkət etməlidir”, - deyə Məmmədyarov bəyan edib.
Azərbaycanlı nazir Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılması və iki ölkə arasında münasibətlərin normal vəziyyətə gətirilməsi istiqamətində müəyyən irəliləyişlər olacağına ümid bəslədiyini bildirib:
“Münaqişənin həllində əldə olunan tərəqqi, bütün regionda sülh, təhlükəsizlik və sabitlik üçün lazımi şəraitin yaradılması, elə ilk növbədə Ermənistanın özünə iqtisadi inkişaf baxımından böyük perspektivlər vəd edir.
Ölkəmiz hazırda müxtəlif etnik qruplardan olan vətəndaşlarının təhlükəsizliyini necə təmin edirsə, Dağlıq Qarabağda erməni əsilli vətəndaşlarının da təhlükəsizliyini eləcə təmin etməyə və Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində yüksək səviyyəli özünüidarəetmə hüququ verməyə hazırdır.
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycan icması öz evlərinə qayıtmağa hazırdır. Bu məsələ bu yaxınlarda İcmanın verdiyi bəyanatda bir daha qeyd olunub. Bir vaxtlar Dağlıq Qarabağ bölgəsində Azərbaycan və erməni icmaları arasında əlaqələr mövcud idi. Ancaq təəssüf ki, Ermənistanın əvvəlki rəhbərliyinin “səyləri” sayəsində bu təmaslar pozuldu.
Özünüz yaxşı bilirsiniz ki, torpağı bir yerdən götürüb, başqa yerə köçürmək mümkün deyil. Münaqişənin həllindən sonra bu iki icma, əlbəttə ki, birlikdə yaşamalı olacaq. Ona görə də Dağlıq Qarabağda Azərbaycan və erməni icmaları arasında təmaslara vasitəçilik etmək və onları bərpa etmək vacibdir”.
шаблоны для dle 11.2

Xəbər lenti
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024