Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (10-02-2019, 11:00)
Səfir Litzenberqer ABŞ-Azərbaycan Ticarət Palatasının qonağı olub

 ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Erl Litzenberqer Vaşinqton şəhərində fəaliyyət göstərən ABŞ-Azərbaycan Ticarət Palatasının qonağı olub.
Mediatv.az-ın xəbərinə görə, tədbirdə Ticarət Palatasının üzv və tərəfdaş şirkətləri, eləcə də ABŞ Administrasiyası, o cümlədən Dövlət Departamentinin və digər dövlət qurumlarının rəsmiləri, Vaşinqtonda akkreditə olunmuş diplomatik nümayəndəliklərin, biznes və analitik dairələrin nümayəndələri iştirak ediblər.
 
Tədbirdə çıxış zamanı BP Amerika şirkətinin Beynəlxalq əlaqələr departamentinin rəhbəri Robert Şer Azərbaycanın ölkə rəhbərliyinin siyasəti nəticəsində uğurla inkişaf etdiyini və ABŞ-ın bundan sonra da Azərbaycanın inkişafına dəstək verməsinin əhəmiyyətini vurğulayıb.
O, gələcəkdə də iki ölkə arasında ticarət münasibətlərinin inkişafına inandığını dilə gətirib.
Tədbirdə iştirak edən ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta söz alaraq, Azərbaycanda keçirdiyi diplomatik fəaliyyət barədə danışıb, Azərbaycanın ABŞ üçün regionda əsas strateji tərəfdaş olduğundan bəhs edib.
Öz növbəsində Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov səfir Litzenberqerin fəaliyyətinin iki ölkə arasında dostluq münasibətlərinin inkişafına töhfə verəcəyinə ümidini ifadə edib.
Sonda səfir Erl Litzenberqer danışıb və Azərbaycanın ABŞ üçün etibarlı tərəfdaş olduğu bildirərək, bundan sonrakı fəaliyyətində də iki ölkə xalqları arasında dostluq münasibətlərinin inkişafına töhfə verməyə çalışacağını bildirib.
Azərbaycanla ABŞ arasında tərəfdaşlığa böyük töhfə verən ABŞ-Azərbaycan Ticarət Palatasına xüsusi minnətdarlıq bildirərək, səfir Litzenberqer gələcəkdə də palataya üzv olan şirkətlərlə əməkdaşlıq edəcəyinə ümid etdiyini vurğulayıb.
O, bir səfir kimi məhz iqtisadi və biznes əlaqələrin gücləndirilməsinin özü üçün əsas prioritetlərdən biri olduğunu qeyd edib.
шаблоны для dle 11.2

Xəbər lenti
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024