Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (21-01-2019, 14:00)
Bu gün AŞPA-nın sədri seçiləcək

 Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının qış sessiyası başlayır. Sessiya 25 yanvara qədər davam edəcək və bu müddət ərzində parlamentarilər bir çox məsələləri, KİV obyektivliyi və azadlığından başlayaraq hüquqşünaslıq, təhlükəsizlik və internet kontekstləri çərçivəsində insan hüquqlarının qorunması məsələlərini müzakirə etməyi planlaşdırırlar.
Mediatv.az  TASS-a istinadən xəbər verir ki, sessiyanın ilk günündə iştirakçılar nümayəndə heyətlərinin tərkibini təsdiq edəcəklər və AŞPA-nın sədrini seçəcəklər.
Təşkilatın mətbuat xidmətindən bildirilib ki, hələlik yalnız bir namizədin, hazırkı sədr Lilian Mori Paskyenin namizədliyi nəzərdən keçirilir.
Təşkilatın müşahidəçilərinin Gürcüstanda prezident seçkiləri (28 oktyabr və 28 noyabr) və Ermənistanda parlament seçkilərinin (9 dekabr) yekun rəyləri təqdim olunacaq. Növbəti günlərdə referendumlar haqqında Venesiya komissiyasının kodeksinə düzəlişlərin edilməsi, insan haqlarının pozulmasına görə sanksiyaların effektivliyi, Avropa Şurası ölkələrində şəriət qaydalarının tətbiqi məsələləri müzakirə olunacaq.
İnsan hüquqlarının qorunması problemi terrorla mübarizənin müzakirələri zamanı da diqqət mərkəzində olacaq. Bu cür cinayətlərə aidiyyəti olan və ya şübhəli bilinən şəxslərin vətəndaşlıqdan məhrum edilməsi praktikası məsələsi də müzakirə olunacaq.
Həmçinin, azad və açıq internet haqqında müzakirələr zamanı fundamental hüquqlar məsələsinə toxunulacaq. Bu müzakirələr bəzi onlayn platformaların istifadəçiləri genişmiqyaslı izləməkdə, onların şəxsi məlumatlarının toplanılması və işlənilməsinin yolverilməz olduğunu söyləyən təşəbbüskarlar tərəfindən irəli sürülüb.
Qış sessiyası çərçivəsində Finlandiya prezidenti Sauli Niinistyonun çıxışı, bu ölkənin xarici işlər naziri Timo Soyninin Avropa Şurası Nazirlər Komitəsinin bəyanatını oxuması gözlənilir. 25 yanvar tarixinə qədər nümayəndəliklər İnsan hüquqları üzrə Avropa Məhkəməsinə yeni hakimləri də seçməlidirlər ki, bunun üçün də İtaliya və İsveç hərəyə üç namizəd irəli sürüblər.
Rusiya artıq ardıcıl üçüncü ildir ki, AŞPA sessiyalarına öz nümayəndə heyətini göndərməkdən imtina edir. Buna səbəb assambleyanın reqlamentində milli nümayəndəlikləri əsas səlahiyyətlərindən məhrum edən sanksiya maddələrinin qalmasıdır.
2014-2015-ci illərdə Krımın Rusiyaya birləşdirilməsindən sonra rusiyalı deputatlar və senatorlar səs vermək hüququndan, Avropa Şurasının müşahidəçi missiyalarında iştirak etmək və AŞPA-nın rəhbər orqanlarının tərkibinə daxil olmaq hüquqlarından məhrum olublar.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024