Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (17-01-2019, 13:00)
Deputatlar tətildən qayıtdı, komitə iclasları başladı

 Milli Məclisin (MM) qarşıdan gələn 2019-cu il yaz sessiyası ilə bağlı parlamentin komitə iclasları başlayır.
Mediatv.az-ın xəbərinə görə, bu gün MM-in Mədəniyyət komitəsinin iclası olacaq.
İclasda 2018-ci ilin payız sessiyasında görülmüş işlərin hesabatı, həmçinin, komitənin növbəti yaz sessiyası ilə bağlı qanunvericilik işləri planı müzakirə edilib, təsdiqlənəcək.
Qeyd edək ki, komitənin gündəmində muğam sənətinin, aşıq sənətinin qorunması və inkişaf etdirilməsi, yazılı abidələr, adlar və soyadlarla bağlı və digər qanun layihələri var.
Eyni zamanda, bu gün parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası olacaq ki, ənənəvi olaraq bu iclasda da jurnalistlər məhdud sayda iştirak edəcək.
Onu da qeyd edək ki, sabah MM-in daha bir komitəsinin - Səhiyyə komitəsinin iclası keçiriləcək.
Bu haqda Oxu.Az-a adıçəkilən komitənin sədr müavini Musa Quliyev məlumat verib. O qeyd edib ki, islasda 2018-ci il payız sessiyasının hesabatı və 2019-cu il yaz sessiyası ilə bağlı komitənin qanunvericilik işləri planı müzakirə ediləcək.
Onun sözlərinə görə, komitənin gündəmində üç qanun layihəsi - “Reproduktiv sağlamlıq haqqında”, “Optika haqqında” və “İnsan orqan və toxumalarının transplantasiyası haqqında” qanunvericilik aktları var.
Yaz sessiyasında Səhiyyə komitəsi daha çox bu qanun layihələrinin müzakirəsi, plenar iclasa tövsiyə və qəbulu ilə məşğul olacaq.
шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024