Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (7-01-2019, 17:00)
Moskva və Bakı yüksək səviyyəli parlamentlərarası komissiya yaradacaq

 Azərbaycan və rusiyalı parlamentarilər yaxın vaxtlarda Moskva Dövlət Dumasında parlament konfransı keçirmək niyyətindədir.
Mediatv.az xəbər verir ki, bununla bağlı “RİA Novosti” agentliyi Bakıdakı diplomatik mənbəyə istinadən məlumat yayıb.
Konfrans zamanı Rusiya və Azərbaycan parlamentləri arasında yüksək səviyyəli komissiyanın yaradılması ilə bağlı sənədin imzalanması gözlənilir.
Komissiyanın yaradılması ilə bağlı təklifi Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin ötən ilin iyununda Bakıya səfəri zamanı səsləndirmişdi. 2018-ci ilin sentyabrında isə Rusiya Dövlət Dumasının nümayəndə heyəti vitse-spiker Sergey Neverovun rəhbərliyi ilə Azərbaycana səfər etmişdi.
Məsələ ötən ilin oktyabrında Antalyada keçirilən Avrasiya ölkələri parlament sədrlərinin 3-cü toplantısı çərçivəsində Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovla Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədri Vyaçeslav Volodin arasındakı görüşdə də müzakirə edilib.
Tərəflər Azərbaycan və Rusiya parlamentləri arasında birgə komissiyaların yaradılması ilə bağlı səmərəli fikir mübadiləsi aparıblar.
 шаблоны для dle 11.2

Xəbər lenti
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024