Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (28-12-2018, 18:58)
Millət vəkili: "Məcburi köçkünlər daim Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub"

 
Azərbaycanda məcburi köçkünlər daim cənab Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması həmişə dövlət başçısının diqqət mərkəzində olub.
Mediatv.az  xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib.
Deputat bildirib ki, növbəti dəfə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeni il ərəfəsində, dövlət başçısının doğum günündə məcburi köçkünlərlə görüşdü: "İlham Əliyev doğum gününü məcburi köçkünlərlə bir yerdə keçirdi və göstərdi ki, bu xoş günündə də məcburi köçkünlərlə bir yerdədir, onların problemlərinin həllinə diqqətlə yanaşır".
B.Əliyev vurğulayıb ki, ən müasir tələblərə cavab verən evlər tikilir və məcburi köçkünlərə verilir: "Bu, Prezident İlham Əliyevin məcburi köçkünlərə diqqət və qayğısının nəticəsidir. Mən ötən gün məcburi köçkün olan seçicilərimi qəbul etdim və qəbula gələn məcburi köçkünlər də cənab Prezidentin onlara göstərdiyi qayğıdan çox razı qaldıqlarını və hər an dövlət başçısının siyasətini dəstəklədiklərini və Prezident ətrafında sıx birləşdiklərini bildirdilər".
Millət vəkili qeyd edib ki, eyni zamanda dövlət başçısı məcburi köçkünlərlə görüşündə bunların müvəqqəti olduğunu, tezliklə torpaqlarımızın işğaldan azad ediləcəyini, əmin yerlərdə daha gözəl şəhərlər, kəndlər salınacağını və məcburi köçkünlərin öz doğma yurdlarına qayıdacaqlarlını vurğuladı: "Cənab Prezidentin bu nikbin və əsaslı çıxışı onun daxili və xarici siyasətinə söykənir. Azərbaycan bütün sahələrdə çox böyük uğurlar qazanıb və 2018-ci il işğal edilmiş torpaqların azad edilməsi iştiqamətində çox böyük irəliləyiş kimi qeyd oluna bilər".
B.Əliyev onu da əlavə edib ki, dövlət başçısı tək məcburi köçkünlərin deyil, əhalinin aztəminatlı təbəqələrinin həyat şəraitinin yaxşılaşdırılması üçün kifayət qədər böyük işlər görüb və bu gün inkişaf etmiş, iqtisadiyyatı möhkəmlənmiş Azərbaycan dövləti bu potensiala malikdir: "Bütün bunlar isə cənab Prezidentin böyük zəhmətinin və həyata keçirdiyi islahatların nəticəsidir".
шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024