Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (24-12-2018, 15:00)
“Prezident yeni il qabağı hədiyyə təqdim etdi”

Bu gün “Xarici ticarət iştirakçılarının forumu: “Yaşıl dəhliz” buraxılış sisteminin tətbiqi" mövzusunda tədbir keçirilib. 
Mediatv.az “Qafqazinfo”-ya istinadən  xəbər verir ki, tədbirdə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Kənd təsərrüfatı naziri İnam Kərimov, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və 500-ə yaxın sahibkar iştirak edib.
Çıxış edən DGK sədri Səfər Mehdiyev bildirib ki, ölkəmizdə aparılan islahatlar, cənub, qərb, şərq dəhlizlərinin yenidən qurulması, neft sektorunda önəmli layihələrin icrası kimi islahatlar ticarətin asanlaşdırılmasına xidmət edir:
“Cənab prezident sahibkarlara və dövlət məmurlarına yeni il qabağı yeni bir hədiyyə təqdim etdi. Bu “Yaşıl dəhliz” sistemi özünü idarəetməyə yol açır. Sahibkarlar idxal-ixrac əməliyyatlarını ofislərindən apara biləcəklər. Bu xidmət fevral ayının 1-dən tətbiq olunmağa başlayacaq. Siz artıq gömrük məmurunu görmədən öz əməliyyatlarınızı həyata keçirə biləcəksiniz .Bu da şəffaflığın təmin olunması, məmur- vətəndaş münasibətlərinin minumuma endirilməsidir. Bu, eyni zamanda zaman və vaxt məhdudiyyətini aradan qaldıracaq. Logistik xidmətlərə çəkilən xərcləri də sıfıra endirəcək”.
***
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib ki, idxal-ixrac əməliyyatlarında qida təhlükəsizliyinə nəzarətdə rəhbərlik etdiyi qurum da iştirak edir: 
“Bu işdə bizə Gömrük Komitəsi yaxından kömək edir. “Yaşıl dəhliz” sistemi qida məhsullarınin idxal və ixrac prosesində sahibkarlara dəstək olacaq və şəffaflıq prinsipinin gözlənilməsinə ciddi zəmin yaradacaq. Cənab prezident də çıxışlarında hər zaman vurğulayıb ki, qida məhsullarına nisbətdə insanların saglamlığı məsələsi hər zaman üstünlük təşkil etməlidir. Qida sektorunda çalışan sahibkarlıq strukturlarına deyirəm ki, bu sahədə keçirilən islahatlardan düzgün yararlanmaq lazımdır. Sizin üçün sağlam qida məsələsi ən əsas məsələ olmalıdır”.

шаблоны для dle 11.2

Xəbər lenti
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024