Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (17-12-2018, 09:36)
 5 və ya 7 rayon mövzusu qayıdır - TƏHLİL

 















Belarus prezidenti Aleksandr Lukaşenko ilk dəfə olaraq Dağlıq Qarabağ probleminin həlli üçün Ermənistana və Azərbaycana özü tərəfindən edilmiş təklifləri açıqlayıb. Bu barədə Lukaşenko Minskdə rus KİV-ləri ilə görüşü zamanı bildirib. Məlumatı BELTA agentliyi yayıb.

Prezident deyib ki, Qarabağ məsələsi KTMT-nin İrəvanda keçirlimiş sammitində o zamankı prezident Serj Sərkisyanla müzakirə edilib. Belarus lideri Azərbaycan və Ermənistan prezidentlərini güzəştlərə gedərək bir yerdə problemi həll etməyə çağırıb. Bu zaman Belarus və Rusiya razılaşdırılmış qarantları təmin etmək üçün hərbi kontingenti yeritməyi vəd edib:

“Sonra daha açıq dedim: ”Qulaq as Serj, onlar demişkən, 7 rayonu işğal etmisiniz. Mən və Putin tarazlaşdırılmış mövqe tutmuşuq. Serj, bu 5 rayonu qaytar. Onları qaytarmamağın səbəbi nədir? Boş ərazilərdir. Serj isə dedi ki, əgər o rayonları qaytarsam, azərbaycanlılar yolu bağlayacaqlar və Qarabağı tutacaqlar. Mən və Putin dəqiq vəd etdik ki, biz öz ordularmızı yeridəcəyik, buna imkan vermərikE O isə dedi ki, yox, biz buna getməyəcəyik, istəmirik".

Lukaşenkonun sözlərinə görə, Sərksiyanın mövqeyi onda böyük təəccüb doğurub: “Niyə istəmirlər? 5 rayon boş əraziyə çevrilib. Bu, birinci addımdır. O zaman Azərbaycan da, Ermənistan da KTMT-də, Avrasiya İttifaqında olardı. Niyə ermənilər imtina elədilər? Yaxşı, Belarus və Rusiya qarant kimi çıxış edirdilər, deyirdik ki, əgər bu beş rayon azad edilsə, orada heç bir müharibə olmayacaq. Siz bu rayonların Azərbaycana aid olduğunu deyirsiniz. Bu ərazi axı Qarabağ deyil”.

Lukaşenko münaqişənin sülh yolu ilə həllinin vacib olduğunu qeyd edib: “Dağlıq Qarabağ münaqişəsini Ermənistan və Azərbaycan rəhbərləri həll edə bilər, beynəlxalq vasitəçilər ötən illər ərzində vəziyyətin real nizamlanması üçün heç nə etməyiblər. Minsk Qrupu bu onilliklər ərzində Dağlıq Qarabağla bağlı heç bir şey etməyib və iki prezident oturub, ”Gəlin problemi həll edək" deməsələr, vasitəçilər heç nə etməyəcəklər".

Politoloq Mübariz Əhmədoğlu “Yeni Müsavat”a şərhində bildirdi ki, nəinki 5 rayonun, hətta 7 rayonun Azərbaycana qaytarılması məsələsinin danışıqlarda qoyulduğunu iki il öncə Serj Sərkisyan özü etiraf etmişdi: “Onu da bəyan etmişdi ki, məhz Ermənistanın razılaşmaya getməməsi üzündən bu cür həll variantını gerçəkləşdirmək mümkün olmayıb. İndi Belarus prezidentinin açıqlaması bir daha onu sübut etmiş oldu ki, Qarabağ məsələsinin həll olunmasına məhz Ermənistan rəhbərliyinin mövqeyi imkan verməyib. 2016-c ilin aprel döyüşlərindən sonra Serj Sərkisyan ”Blomberq"ə verdiyi müsahibəsində, bir neçə gün sonra isə “Əl-cəzirə” telekanalına verdiyi müsahibələrində etiraf etmişdi ki, danışıqlarda 7 rayonun qaytarılması məsələsi olub. Ermənistan ona görə buna razılaşmır ki, onlar öncə Dağlıq Qarabağın statusunun müəyyən edilməsini istəyirlər, sonra 5 və ya 7 rayonun geri qaytarılmasına razı olduqlarını deyirlər. Lukaşenko isə, ümumiyyətlə, cəhd edir ki, Qarabağ problemi həll edilsin. Artıq 5 rayonun geri qaytarılması variantına yenidən qayıdılmasının zamanı deyil. Mərhələli həll variantının ilkin dövrünə qayıtmağın vaxtıdır. Həmin variant ümummilli lider Heydər Əliyevin dövründə işlənib hazırlanıb və uzun müddət bu variant üzərində danışıqlar aparılıb. Həmin varianta görə Dağlıq Qarabağ ətrafındakı 7 rayon Azərbaycana qaytarılır, məcburi köçkünlər öz yurdlarına qayıdır, əvəzində isə Azərbaycanla Ermənistan arasında kommunikasiya və iqtisadi əlaqələr bərpa olunur.

Ermənistanda yeni hökumət formalaşandan sonra Azərbaycan və Ermənistan rəhbərliyi danışıqlara başlamalıdır. Bunu Sergey Lavrov bu günlərdə bildirdi. Yəni Rusiya çalışır ki, Minsk QArupunu sıxışdırsın. Ona görə də tənzimlənməni Azərbaycan və Ermənistan rəhbərlərinin üzərinə qoyur. Bunu Aleksandr Lukaşenko da açıq ifadə edib ki, Qarabağ məsələsində Minsk Qrupu heç nəyə nail olmayıb və bu münaqişənin həllini Azərbaycan və Ermənistanın rəhbrələri oturub danışıb həll etməlidirlər. Diqqətçəkən məqam ondan ibarətdir ki, ABŞ da Qarabağ məsələsinin həllinin vaxtının çatdığı mövqeyi ortaya qoyur. Trampın müşaviri Con Bolton bu yaxınlarda bölgəyə səfəri zamanı Ermənistana açıq bildirdi ki, əgər inkişaf etmək istəyirsinizsə, xarici təzyiqlərdən xilas olmaq istəyirsinizsə, Dağlıq Qarabağ problemini həll edin. Bunu Rusiya görür və tələsir ki, Dağlıq Qarabağ məsələsi ilə məhz özü məşğul olsun və tərəflərin razılaşmalara gəlməsi onun vasitəçiliyi ilə baş tutsun. Ona görə də problemin ilkin variantda mərhələli həll planı ilə həll olmağı Rusiyanın xeyirinədir. Azərbaycanla Ermənistan arasında kommunikasiya açılacaqsa, Mehri dəmiryolu açılacaqsa, hesab edin ki, bu, elə Moskva ilə İrəvanın arasında dəmiryolunun bərpası deməkdir".

M.Əhmədoğlu hesab edir ki, Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin bu yaxınlarda Milanda görüşündə qeyd edilən mərhələli həll planı üzərində bir ilkin sənəd hazırlanıb: “Məncə gözləyirlər ki, Ermənistanda hökumət formalaşsın, yanvar ayında xarici işlər nazirləri yenidən görüşüb ən uzağı, mart ayına Azərbaycanın prezidenti ilə Ermənistanın baş nazirinin görüşü barədə razılıq əldə edəcəklər. Bununla da çox ciddi bir prosesə start veriləcək”.

M.Əhmədoğlu onu da bildirdi ki, Qarabağ bölgəsinə sülhməramlı qüvvələr yerləşdirilməsi məsələsi ilə bağlı Belarus prezidentinin açıqladığı fikirlər isə bir qədər təzadlıdır: “Regionda sülhməramlıların yerləşdirilməsi ilə bağlı iki razılaşma var. Biri ATƏM-in Budapeşt sammitinin qərarıdır. O qərara görə, heç bir dövlət Dağlıq Qarabağ bölgəsində olan sülhməramlıların üçdə birindın artığına sahib ola bilməz və sülhməramlı qüvvələr ən azı, dörd dövlətdən olmalıdır. İkinci qərara görə isə sülhməramlılar Minsk Qrupunun həmsədri olan üç ölkədən heç birinə məxsus olmamalıdır. Eyni zamanda bu qərarda deyilir ki, Ermənistanla Azərbaycanın qonşuları bölgədə sülhməramlı rolunda çıxış edə bilməzlər. Sülhməramlı kontingent kiçik Avropa dövlətlərinin qüvvələrindən ibarət ola bilər. Onlar isə yalnızhərbi müşahidəçilik qismində olmalıdırlar”. 



шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024