Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (18-07-2014, 18:39)
Rasim Ağayev Pənah Hüseynə: “Azərbaycanı dağıdırdılar”

Rasim Ağayev Pənah Hüseynə: “Azərbaycanı dağıdırdılar”

 

O vaxt AXC liderlərinin hakimiyyət hərisliyi olmasaydı, radikal və inqilabçı yolu deyil, milli barışıq xəttini seçsəydilər, Azərbaycanın taleyi başqa cür olardı

 

“Həmin dövrdə Azərbaycanın ehtiyacı milli barışa idi. Amma AXC liderləri təsəvvür etmirdilər ki, onlar hansı qüvvə ilə toqquşurlar. Əksinə, onlar düşünürdülər ki, hakimiyyətə gəlib, Qarabağda erməniləri məhv edəcəklər və bununla da məsələ bitəcək”.
 
Bu barədə Ayaz Mütəllibov hakimiyyətində təmsil olunmuş politoloq Rasim Ağayev Publika.az-a açıqlamasında AXC hakimiyyətində baş nazir olmuş Pənah Hüseynin ittihamlarına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, AXC bəzi həssas məqamları başa düşmürdü: “Anlamırdılar ki, söhbət Azərbaycanın parçalanmasından gedir, ermənilərin arxasında təkcə Rusiya deyil, ABŞ və Avropa da durub. Həm də anlamırdılar ki, onlar Qarabağ taleyinin həll olunmasına yox, SSRİ-nin dağıdılmasına işləyirlər. Qarabağ bu məsələdə alət idi. Onlar təəssüflər olsun ki, bunu indiyə qədər anlamayıblar. Bilmirdilər ki, Azərbaycan və erməni xalqı Qarabağda üz-üzə gətirilmişdi. Bununla bağlı sövdələşməni də ABŞ həyata keçirmişdi. ABŞ həmin vaxt Qorbaçova stavka edir, böyük miqyaslı sövdələşmə baş tuturdu. Məhz bu sövdələşmənin tərkib hissəsi olaraq AXC ortaya çıxdı və düşündü ki, kommunist imperiyasını dağıdırlar. Amma anlamadılar ki, əslində, Azərbaycanı dağıdırdılar. Ancaq həmin vaxt biz dəfələrlə ölkə daxilində ictimai razılaşma məsələsini qoyurduq. Əgər onlar bunu qəbul etsəydilər, vəziyyət dramatik həddə çatmazdı. Onların düşüncə tərzi belə idi ki, hakimiyyətə gələcəklər və dünya onları dəstəkləyəcək, çünki onlar guya demokratdırlar. Amma anlamırdılar ki, bu prosesdə onlardan siyasi alət kimi istifadə edirdilər. Hakimiyyətə gəldilər. Amma buna baxmayaraq, Rusiya, ABŞ və Avropa Ermənistanı dəstəkləməkdə davam etdi, onlar da pis vəziyyətdə qaldılar”.
R. Ağayev bildirib ki, AXC liderləri hakimiyyət davası apardılar.
“Onların siyasi bacarığı, dövlət təcrübəsi olmadı və hər şeyi də uduzdular. Şəxsən mən Azərbaycan naminə istərdim ki, onlar bu oyunda qalib tərəf olsun. Lakin onların uduşu Azərbaycanın məğlubiyyəti idi”, - deyə o bildirib.
 
Qeyd edək ki, P. Hüseyn “Yeni Müsavat” qəzetində silsilə yazılarla çıxış edərək AXC hakimiyyətinin devrilməsi, həmin dövrdə siyasi prosesləri işıqlandırıb. O, məqalələrində Mütəllibovçuları, xüsusilə R. Ağayevi ittiham edib.

 

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024