Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (29-09-2018, 13:00)
Azərbaycan dünya ictimaiyyətini Ermənistana təzyiq göstərməyə çağırır

Azərbaycan dünya ictimaiyyətini Ermənistana təzyiq göstərməyə çağırır

 

 

Azərbaycan beynəlxalq ictimaiyyəti beynəlxalq hüququn təmin olunması məqsədilə Ermənistana təzyiq göstərməyə və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məqsədilə qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini dərhal və şərtsiz yerinə yetirməyə çağırır

Mediatv.az-ın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 73-cü sessiyasının müzakirələrində çıxışı zamanı deyib.

E.Məmmədyarov bildirib ki, Ermənistanın yeni rəhbərliyi anlamalıdır ki, Ermənistanın iqtisadi cəhətdən inkişaf etmiş və firavan bir dövlətə çevrilməsinə dair erməni xalqına verdiyi vədləri qonşularla sülh və yaxşı münasibətlər qurmadan, onların suverenliyinə və ərazi bütövlüyünə hörmət etmədən yerinə yetirmək mümkün deyil.

Bununla yanaşı, nazir BMT tribunasından Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal edildiyini, ölkə əhalisinin bir milyondan çoxunun qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü xatırladaraq, beynəlxalq ictimaiyyəti BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrin dərhal yerinə yetirilməsinə nail olmaq üçün Yerevana təzyiq göstərməyə çağırıb:

“Əgər Ermənistanın yeni rəhbərliyi özünü demokrat adlandırırsa, onlar qanunun aliliyi və demokratik dəyərlərə uyğun hərəkət etməlidirlər və doğma yurd-yuvalarından didərgin düşmüş insanlara öz vətənlərinə qayıtması üçün şərait yaratmalı və silahlı qüvvələrini BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq qurumların müvafiq qətnamələrində tələb olunduğu kimi, Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalıdırlar”.

Nazirin sözlərinə görə, Azərbaycan hesab edir ki, sülh, sabitlik və qarşılıqlı faydalı regional əməkdaşlığa alternativ yoxdur və münaqişənin tezliklə siyasi həllində ən maraqlı tərəfdir.

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024