Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (21-09-2018, 13:49)
Zakir Həsənovun qadın hərbçilərlə bağlı referenti vəzifəsi yaradılır - FOTO

Zakir Həsənovun qadın hərbçilərlə bağlı referenti vəzifəsi yaradılır - FOTO

 

Azərbaycanın müdafiə naziri Zakir Həsənov NATO baş katibinin müavini Rouz Qotemöllerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən Mediatv.az-a verilən məlumata görə, Azərbaycan-NATO əlaqələrinin uğurla inkişaf etdiyini vurğulayan nazir qeyd edib ki, Alyansın Cənubi Qafqazda təhlükəsizliyə dair tutduğu prinsipial mövqeyi  regional sülh və sabitlik üçün mühüm əhəmiyyət kəsb edir.

Regiondakı hərbi-siyasi vəziyyətə toxunan general-polkovnik Z.Həsənov Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, eləcə də beynəlxalq hüququn normaları və prinsipləri çərçivəsində həllinə nail olunmasının vacibliyini vurğulayıb.

Görüşdə həmçinin BMT Təhlükəsizlik Şurasının “Qadın, Sülh və Təhlükəsizik” üzrə 1325 saylı Qətnaməsi müzakirə olunub.

Azərbaycan ordusunda 10 mindən artıq qadının xidmət etdiyini bildirən Z. Həsənov yaxın zamanlarda Müdafiə nazirinin qadın hərbi qulluqçular və mülki işçilərin problemlərinin həlli üzrə referenti vəzifəsinin təsis edilməsi nəzərdə tutulduğunu da diqqətə çatdırıb.

Öz növbəsində R.Qotemöller Azərbaycanın NATO-nun etibarlı tərəfdaşı olduğunu, terrorizmlə mübarizədə iştirakını, sülhməramlı əməliyyatlar üçün yük daşımalarına, o cümlədən sülhməramlılarımızın Əfqanıstanda keçirilən əməliyyatlar çərçivəsində beynəlxalq təhlükəsizliyə verdiyi töhfələri yüksək qiymətləndirib və Azərbaycan tərəfinə minnətdarlığını bildirib.

 

 

шаблоны для dle 11.2

Xəbər lenti
19 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
17 03 2024
17 03 2024
17 03 2024