Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (18-09-2018, 09:46)
ƏRDOĞANLA PUTİN ARASINDA TARİXİ RAZILAŞMA!

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşüb. Soçidə baş tutan görüşdə tərəflər Suriyanın İdlib şəhərində sülh və təhlükəsizliyə dair müzakirə aparıblar.

Ərdoğan hələ görüşdən qabaq çıxışı zamanı Soçi görüşünün əhəmiyyətinə diqqət çəkib. “Siyasi, hərbi və iqtisadi sahələrdə fikir mübadiləsi apardıq və bir sıra razılıqlar əldə olunub Soçidən veriləcək bəyanat inanıram ki, bölgəyə də çox fərqli ümid gətirəcək”, – deyə Ərdoğan bildirib.

Putin isə bildirib ki, Türkiyə ilə Rusiya arasındakı münasibətlər müsbət yöndə inkişaf etməkdədir. “Əlaqələrimiz yüksək səviyyədə müsbət istiqamətdə inkişaf edir. İqtisadi-ticarət əlaqələrimiz intensiv şəkildə böyüyür. Eyni zamanda, xüsusilə regionda və beynəlxalq arenada təhlükəsizlik məsələlərində sıx əlaqələrimiz var. Problemlər çoxdur. Sizi Soçidə görməyimə şadam. Təkcə ona görə yox ki, biz fikir mübadiləsi aparacğıq, həm də ona görə ki, bu məsələrin həlli yollarını axtaracağıq”, – deyə Putin qeyd edib.

Görüçdən sonra prezidentlər bildirib ki, başda Suriya məsələsi olmaqla bir sıra mövzuları müzakirə ediblər.  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putinin mətbuata birgə bəyanatla çıxış ediblər.

“Hazırda sadəcə regionumuzun deyil, bütün dünyanın gözü Soçidədir”. Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidə Vladimir Putinlə görüşdən əvvəl çıxışı zamanı deyib.

“Rusiya ilə siyasi, hərbi və iqtisadi sahələrdə aparılan fikir mübadiləmiz bir-birimizi gücləndirəcək miqyasdadır. Soçidə qəbul olunacaq qərar inanıram ki, bölgəyə çox fərqli bir ümid olacaqdır. Regional məsələlərdəki həmrəyliyimiz bölgəyə ümid verir”, - Ərdoğan bildirib.

“Azpolotika.info”nun məlumatına görə, Ərdoğan bildirib ki, İdlibdə silahsız bölgə yaradılması qərara alınıb. Müxaliflər əvvəlki kimi İdlibdə qalacaq. Ancaq ağır silahları buraxacaqlar. Eyni zamanda Hələblə sərhəddən geri çəkiləcəklər. Bundan əlavə İdliblə Əsəd rejiminin nəzarətində olan ərazilərin sərhəddində 15-20 km.-lik SİLAHSIZ BÖLGƏ yaradılacaq. Həmin əraziyə Rusiya və Türkiyə əsgərləri birgə  nəzarət edəcək. 

Ərdoğan  Suriya məsələsinin Tehranda müzakirə edildiyini xatırladıb və Türkiyənin narahatlığını orada qabartdığını bildirib: “İdliblə bağlı qarşılıqlı narahatlıqlarımız istiqamətində önəmli məsafə qət etdik. Oradakı müxaliflərlə rejimin nəzarətindəki zonada təhlükəsiz bir sahə formalaşdırılacaq. Müxaliflər olduqları yerdə qalacaqlar. Rusiya İdlibin təhlükəsiz bölgəsinə hücum edilməməsi məsələsində gərəkli təminatı göstərəcək. Koordinasiyala patrul xidməti həyata keçiriləcək. Türkiyə müşahidə məntəqələrini artıracaq”.

Ərdoğanın sözlərinə görə, İdlibdən böyük bir köçün qarşısına keçməyə çalışırlar: “Bu, Türkiyənin yeni yüklə qarşılaşmaması ilə yanaşı, Rusiya və digər ölkələr üçün də böyük qazancdır. Suriyanın torpaq bütövlüyünə əsl qəsdi edən YPG/PYD-dir. Fəratın şərqindəki terror bataqlıqlarının qurudulması gərəkdir. Biz Afrin və Fərat əməliyyatı ilə addımlar atdıq. Oxşar addımlar YPG/PYD-nin nəzarəıtindəki bölgələrdə də atılmalıdır”.

Təkbətək görüşdən əvvəl həmçinin Rusiya prezidenti Vladimir Putin də fikirlərini bölüşüb. Putin Türkiyə ilə münasibətlərin müsbət məcrada inkişaf etdiyini bildirib: “Münasibətlərimiz iqtisadi cəhətdən sürətli templə böyüyür. Bölgənin təhlükəsizliyi baxımından da münasibətlərimiz inkişaf edir. Müzakirə ediləcək çox mövzu var. Bəziləri qarışıq məsələlərdir. Bunları həm nəzərdən keçirəcək, həm də həll yollarını axtaracağıq”.

Vladimir Putin bildirib ki, Ərdoğanla İdlib məsələsində ciddi və razılaşdırılmış qərarla bağlı razılaşma əldə etdik. Rusiya prezidenti türkiyəli həmkarı ilə konstruktiv danışıqlar keçirdiyini bildirib: “Orada yaşam məsələsinin yaxşılaşdırılması üçün birgə çalışırıq. İdliblə bağlı da birgə işbirliyi içindəyik. İdliblə bağlı cox vacib razılıq əldə etdik. Biz narahatlığımız İdlibdə olan döyüşçülərin xüsusi ilə Hələbə hücum etməsidir. Bundan başqa, rus bazalarına da oradan təhlükələr var. Bu gün bu məsələləri də detallı müzakirə etdik. Və qərar aldıq ki, 15 oktyabra qədər bu bölgə silahsızlaşdırılsın. Əl Nüsra döyüşçüləri bu bölgədən çəkiləcək. Bəli, cənab Ərdoğanın təklifi ilə o bölgədən ağır silahların çəkilməsinə qərar verdik.  Bununla da bütün müxalif qruplar silahlarını oradan çıxaracaq. O bölgəyə Rusiya və Türkiyə əsgərləri birgə nəzarət edəcəklər”.

Putin deyib ki, Suriya ilə bağlı Astana razılaşmasına əməl edəcəklər: “Biz, eyni zamanda, Cenevrə görüşlərinin sürətləndirilməsinə çalışacağıq. Bu gün ortaq, vacib və daimi çabalarına görə türk həmkarıma minnətdaram”.

Qeyd edək ki,  Putinlə Ərdoğan arasındakı bu anlaşma cox mühüm əhəmiyyət daşıyır. Bu faktiki olaraq Suriyada silahlı qarşıdurmanın başa çatması deməkdir.  

Qeyd edək ki, Soçidə keçirilən danışıqlar 4,5 saat davam edib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putinin Soçidə mətbuata qapalı keçən görüşü 1 saat 50 dəqiqə davam edib. Təkbətək görüşdən sonra prezidentlər nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar aparıblar. Liderlərin görüşündə Suriya məsələsi başda olmaqla, bir sıra regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldığı bildirilir.

 

 

шаблоны для dle 11.2

Xəbər lenti
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024