Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (16-09-2018, 18:00)
"Parad Azərbaycan-Türkiyə birliyinin sarsılmazlığını bir daha bütün dünyaya nümayiş etdirdi"

"Parad Azərbaycan-Türkiyə birliyinin sarsılmazlığını bir daha bütün dünyaya nümayiş etdirdi"

 

Bakının azad edilməsinin 100 illiyi münasibətilə keçirilən parad Azərbaycan-Türkiyə birliyinin sarsılmazlığını, əbədiliyini bir daha bütün dünyaya nümayiş etdirdi. Paradda Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı 1918-ci il 15 sentyabr tarixinin qardaş ölkələr üçün böyük əhəmiyyətinin təsdiqi olmaqla, həmin tarixi qələbəni bizlərə ərməğan etmiş şanlı Qafqaz İslam Ordusunun qəhrəman əsgər və zabitlərinə sonsuz minnətdarlığın ifadəsi idi. 1918-ci il sentyabrın 15-də ölkəmizin paytaxtını düşmən qüvvələrdən təmizləməklə onun türk-müsəlman əhalisini real məhvolma təhlükəsindən qurtarmış Türkiyə və Azərbaycan hərbçilərinin rəşadəti nəsillərə nümunədir.

Mediatv.az  bildirir ki, bu fikirləri Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov AZƏRTAC-a açıqlamasında söyləyib.

Cəlil Xəlilov qeyd edib ki, bu gün Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət edən əsgər və zabitlər öz sələflərinin igidlik, mərdlik yolunu inamla davam etdirirlər. Paradda nümayiş etdirilən yüksək hərbi-texniki hazırlıq, həqiqi peşəkarlıq, qardaşlıq duyğularından doğan coşqu onu izləyənlərə 100 il əvvəlki ovqatı təkrar yaşatdı. Öz ordusu ilə haqlı olaraq qürur duyan, onun gücünə, qüdrətinə güvənən xalqımız Azərbaycan əsgərinin Ermənistanın işğalı altında olan torpaqlarımızı tezliklə azad edəcəyinə inanır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qayğısı və diqqəti ilə güclənən, döyüş qabiliyyəti artan Ordumuzun son iki ildəki uğurları bunun birmənalı təsdiqidir.

"Yüksək səviyyədə hazırlanaraq keçirilən parad həm də Azərbaycan-Türkiyə birliyinin ötən əsrin əvvəllərindəki xilaskarlıq missiyasının 100 il sonra Qarabağda təkrarlana biləcəyi barədə dünyaya, xüsusilə ermənilərə ünvanlanmış mesajı oldu", - ehtiyatda olan polkovnik bildirib

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024