Ana səhifə Gündəm Aktual Problem Siyasət Araşdırma Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (9-08-2018, 18:00)
XİN: İndoneziyadakı zəlzələdə azərbaycanlıların zərər çəkməsi məsələsi araşdırılır

XİN: İndoneziyadakı zəlzələdə azərbaycanlıların zərər çəkməsi məsələsi araşdırılır

 

 

İndoneziyanın Lombak adasında 9 avqust tarixində təkrar zəlzələ baş verib. Təkrar zəlzələ nəticəsində xəsarət alan və ya ölənlər arasında Azərbaycan vətəndaşının olması məsələsini araşdırmaq üçün İndoneziyadakı səfirliyimiz bu ölkənin müvafiq qurumları ilə davamlı olaraq təmasdadır.

Mediatv.az  xəbər verir ki, bunu XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

O xatırladıb ki, 6 avqust tarixində həmin ərazidə baş vermiş zəlzələdə ölən və yaralananlar arasında Azərbaycan Respublikası vətəndaşının olması qeydə alınmamışdı:

“İndoneziya dövlət qurumları tərəfindən zəlzələ zonasında olan əcnəbi vətəndaşlara müvafiq yardım və dəstək göstərilir. Turizm və ya digər məqsədlə hal-hazırda zəlzələ zonasında olan və xüsusi yardıma ehtiyacı olan Azərbaycan vətəndaşları +62 812 89796665 (Nəsibov Ruslan) qaynar xətti ilə ölkəmizin İndoneziyadakı səfirliyi ilə əlaqə saxlaya bilərlər”.



Xəbər lenti
16 10 2018
16 10 2018
16 10 2018
16 10 2018
16 10 2018
16 10 2018
16 10 2018
16 10 2018
16 10 2018
16 10 2018
16 10 2018
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018
15 10 2018