Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (6-08-2018, 15:30)
Məmmədyarov Qarabağ barədə: Azərbaycan dialoqa açıqdır, ancaq...

Məmmədyarov Qarabağ barədə: Azərbaycan dialoqa açıqdır, ancaq...

 

Azərbaycan dialoqa açıqdır. Ancaq bu, nəticəyə və Azərbaycan torpaqlarının işğaldan azad edilməsi prosesinin tezliklə başlanmasına istiqamətlənmiş məzmunlu və məsuliyyətli danışıqlar olmalıdır.

Mediatv.az  xəbər verir ki, bu fikiləri “RİA Novosti” agentliyinə açıqlamasında Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov deyib. 

Onun sözlərinə görə, bu müşkül məsələni həll etmək lazımdır və bundan sonra yaranan bütün problemlərin həlli tamamilə başqa xarakter alacaq və belə çətinliklərlə əlaqəli olmayacaq. 

“ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı danışıqlar uzun müddətdir ki davam edir. Onun mandatı haqqında sənəddə bildirilir ki, Minsk qrupu öz fəaliyyətində müvafiq beynəlxalq hüquq prinsipləri və normalarına, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və Helsinki yekun aktının müddəalarına əsaslanır.

Beynəlxalq ictimaiyyət beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir.  Münaqişənin həlli məhz bu müddəalara əsaslanmalıdır. 

Xatırlatmaq istərdim ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822 (1993), 853 (1993), 874 (1993), 884 (1993) saylı qətnamələri işğalçı qüvvələrin işğal etdikləri Azərbaycan Respublikası ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir.

Minsk Qrupunun həmsədrləri tərəfindən təklif olunan mərhələli həll modelləri uzun müddətdir hər kəsə məlumdur. Rusiya, ABŞ və Fransa rəhbərlərinin birgə bəyanatlarında dəfələrlə işğal faktına əsaslanan status-kvonun qəbul edilməzliyi ilə bağlı mövqe səsləndirilib.

Əfsuslar olsun ki, indiyə qədər biz bu işə son qoya bilməmişik. Müvəqqəti həll prosesini inkişaf etdirmək üçün mövcud formata və mövcud gündəmə əsaslanan danışıqların intensivləşdirilməsini təmin etməliyik”, - nazir deyib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024